Şok olay: Vəzifəli şəxs özünü ölmüş kimi qələmə verdi

2022-06-04 11:07:00

Şok olay: Vəzifəli şəxs özünü ölmüş kimi qələmə verdi

Daxili İşlər Nazirliyi Sabirabad rayonunun Ətcələr kəndi ərazisində rayonun Sarvan kənd sakini Rafət Qəniyevin avtomobildə yanaraq ölməsi barədə məlumatın saxta olduğunu müəyyənləşdirib.

Bu barədə Hurriyyet.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus KİA markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə R.Qəniyevin direktoru olduğu Kaspian İnşaat MB MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.

R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya