Saat:04:54
Haqqımızda

ŞOK İFŞA! Baydenlə bağlı MƏXFİ yazışmalar yayımlandı: BAŞLAYIRIQ! - FOTOFAKT

2022-12-03 14:50:00

ŞOK İFŞA! Baydenlə bağlı MƏXFİ yazışmalar yayımlandı: BAŞLAYIRIQ! - FOTOFAKT

Son günlərin ən mübahisəli simalarından olan, "Twitter"i 44 milyard dollara satın alan, Tesla və SpaceX-in baş direktoru, milyarder İlon Mask ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenlə bağlı xəbərlərin silinməsi ilə bağlı məxfi yazışmaları ifşa edib.

Görünür, bu cür addımlar milyarderi respublikaçılar arasında daha populyar edir və sosial media platformasını siyasi debatların dərinliyinə sürükləyir.

Hurriyyet.az xəbər verir ki, cümə günü axşam şəxsi Twitter hesabından "başlayırıq" mesajı yazan İlon Mask Matt Taibbi adlı bir jurnalistin "Twitter Faylları"nı izləyiciləri ilə paylaşıb.

basla.jpg (29 KB)

Sözügedən faylın məzmunu 2020-ci il ABŞ seçkilərinə aiddir.

ABŞ-ın ən çox oxunan qəzetlərindən olan New York Post adı qalmaqallarla hallanan ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenlə bağlı "Facebook" və "Twitter"də senzuraya məruz qaldığını açıqlayıb.

Daha əvvəl "Twitter" rəhbərliyi Hunter Baydenin "hack edilmiş" noutbukundan əldə edilən açıqlama fayllarının “icazəsiz əldə edilmiş material” siyasətinə uyğun olaraq silindiyini açıqlasa da, "Twitter"in əl dəyişdirməsindən sonra bunun sadəcə bir bəhanə olduğu ortaya çıxıb.

Jurnalist Taibbinin "Twitter Faylları" başlıqlı faylında Twitter əməkdaşları arasındakı daxili yazışmalar da var.

hunter.jpg (127 KB)

Həmin yazışmalara görə, 14 oktyabr 2020-ci ildə dərc olunan Hunter Baydenlə bağlı xəbərlər idarəçilər tərəfindən silinib və bununla bağlı paylaşımlara “güvənli deyil” xəbərdarlığı əlavə edilib.

Taibbinin sözlərinə görə, senzura qərarı şirkətin yüksək səviyyəli rəhbərləri tərəfindən verilib, lakin Cek Dorsi bundan xəbərsiz olub. "Twitter"in keçmiş hüquq və siyasət rəhbəri Vijaya Qaddenin senzura qərarında əsas rol oynadığı düşünülür.

"Twitter" komandasının şirkət üçün hazırlanmış bəzi vasitələrlə araya girərək məzmunu sildiyi məlumdur. Lakin Taibbinin iddiasına görə, spam və fırıldaqçılıqla mübarizə üçün edilən bu müdaxilələr indi manipulyasiya miqyası qazanıb və siyasətçilərə xidmət etməyə başlayıb.

taibbi.jpg (25 KB)

Taibbi bildirir ki, 2020-ci ildə ABŞ-da seçkilər keçirilən zaman Baydenin komandası çoxlu sayda postu sildirib. Jurnalistin əlində bunu sübut edən yazışmalar da var.

Taibbi daxili yazışmaları təfərrüatlı şəkildə araşdırdığını və o zaman həm demokratların, həm də respublikaçıların şirkətdən tələblər irəli sürdüyünü qeyd edib.

Lakin müsbət cavablandırılan tələblərin əksəriyyəti demokratlara məxsus olub.

Ağ Ev hələlik məsələ ilə bağlı açıqlama verməyib.


Musavat.com

638aef784e3fe019c4dbc60a.jpg (45 KB)

638aefaa4e3fe019c4dbc60c.jpg (63 KB)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR