Şok iddia: DTX-nın həbs etdiyi məmurlar arasında Müdafiə Nazirliyinin generalı da var – QƏDİR NƏSİBOV BU GÜN SƏRƏNCAMA GÖNDƏRİLMİŞDİ

2022-06-20 21:52:00

Şok iddia: DTX-nın həbs etdiyi məmurlar arasında Müdafiə Nazirliyinin generalı da var – QƏDİR NƏSİBOV BU GÜN SƏRƏNCAMA GÖNDƏRİLMİŞDİ

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda genişmiqyaslı əməliyyat keçirib.

Hurriyyet.az-ın məlumatına əsasən, dövlət qurumlarından birində baş tutan əməliyyatda xeyli vəzifəli şəxs saxlanılıb. Onlar arasında general rütbəli şəxslərin olduğu da deyilir.

Qeyri-rəsmi məlumata görə, əməliyyat Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında həyata keçirilib.

Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

“MUZIKANT” GENERAL QƏDİR NƏSİBOV SƏRƏNCAMA GÖNDƏRİLDİ - “Yaxşı oğlan”, “səxavətli insan” olan general-mayor haqda maraqlı faktlar

Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, həbs olunan məmurlar arasında Müdafiə Nazirliyinin Maddi Texniki Baş idarəsinin 1-ci müavini, general-mayor Qədir Nəsibov da var. Xəbər verdiyimiz kimi, Q.Nəsibov bu gün vəzifəsindən sərəncama çıxarılıb, onun yeni yaradılan İnspektorlar Qrupuna rəis təyin olunacağı iddia olunurdu.

Hurriyyet.az

Redaksiyadan: Mövzu ilə bağlı daha ətraflı məlumat verməyə çalışacağıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya