ŞOK HADİSƏ: Abituriyentin məlumatları... - VİDEO

2022-09-03 23:32:00

ŞOK HADİSƏ: Abituriyentin məlumatları... - VİDEO

Ali məktəbə qəbul olmaq üçün ixtisas seçimi edən abituriyent nəticələr açıqlanan zaman şok yaşayıb. Dövlət İmtahan Mərkəzinin sistemində nəticələrini öyrənmək istəyərkən ona ''Siz ixtisas seçimində iştirak etməmisiniz'' bildirişi gəlib. O, bu səbəbdən seçimin birinci turunda ali məktəbə qəbul olmaq şansını itirib. Hadisə Xırdalan şəhərində yaşayan abituriyent Nihat İsgəndərlinin başına gəlib.

Nihatın atası Mərahim İsgəndərov deyir ki, onlar ixtisas seçimlərini təsdiq ediblər. Təsdiqlə bağlı DİM-in sistemindən müvafiq sənədi də çap edərək saxlayıblar

Valideyn deyib ki, övladı birinci ixtisas qrupu üzrə imtahanda 180 bal toplayıb. O, birinci turda övladının ali məktəbə qəbul olma şansının böyük olduğunu düşünür. Ancaq indi bu imkan onların əlindən çıxdığı üçün valideyn övladının ixtisas seçiminin hansı şəraitdə və kim tərəfindən ləğv edilməsi məsələsinin aydınlaşmasını istəyir.

Dövlət İmtahan Mərkəzindən iddialara cavab olaraq bildirilib ki, abituriyentlərin yalnız  özləri və ya onların istifadəçi adı, parolu, məxfi kodunu bilən şəxslər elektron ixtisas seçimi ərizələrinə daxil olub onu ləğv etmək imkanlarına malikdirlər.

DİM-dən tövsiyə edilib ki, bu kimi risklərlə qarşılaşmamaq üçün abituriyentlər şəxsi kabineti özləri açmalı və orada özlərinə məxsus telefon nömrəsini qeyd etməlidirlər.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.095754