Şok: Almaniya Bakıda PKK təbliğatı aparır - Foto

2022-11-28 16:39:00

Şok: Almaniya Bakıda PKK təbliğatı aparır - Foto

Almaniya səfirliyi Avropa İttifaqı ilə birgə Bakıda açıq PKK təbliğatı aparır.

Hurriyyet.az xəbər verir ki, belə bir iddianı politoloq Turab Rzayev paylaşıb.

O bildirib ki, Bakıda “Avropa film həftəsi”nə israrla alman ordusundan PKK-ya təlim keçməyə gedən feminist film hekayəsini salmağa çalışıblar:

“Daha əvvəl kinoteatr filmi gecikdirib (!?) deyə, göstərə bilməyiblər. İndi sırf bu filmi göstərmək üçün ayrıca tədbir keçirirlər. Görəsən, bu qədər əziyyət nə üçündür?!”

Qeyd edək ki, film bu sözlərlə anons edilir:

“Almaniyanın Bakıdakı səfirliyi Aİ-nin Azərbaycandakı nümayəndəliyi ilə birlikdə sizi film nümayişinə dəvət edir.

Rojda əslən kürddür və alman ordusunda əsgər kimi xidmət edir. Anası İraqdan qaçır və bacısı orada itkin düşəndə ​​o, bacısını axtarmaq üçün təyinatını köhnə vətəninə saldırır. İraqda o, yoldaşları ilə birgə kürd peşmərgə döyüşçülərinə təlim keçir. Birdən-birdə isə o özünü döyüşün ortasında tapır və qərar verməli olur...”

axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.137669