Saat:06:32
Haqqımızda

ŞOK AÇIQLAMA: Mayk Pompeo SEPAH-ın ABŞ-dakı sui-qəsd siyahısında ikinci şəxs olub

2022-08-11 14:50:00

ŞOK AÇIQLAMA: Mayk Pompeo SEPAH-ın ABŞ-dakı sui-qəsd siyahısında ikinci şəxs olub

Amerika Ədliyyə Nazirliyinin SEPAH zabitinin 300 min dollar qarşılığında Ağ Evin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Boltona qarşı uğursuz sui-qəsd cəhdi barədə məlumat yaymasından cəmi bir neçə saat sonra "Axios" xəbər agentliyi yazıb ki, Tramp hökumətində dövlət katibi olmuş Mayk Pompeo İranın Amerikadakı sui-qəsd siyahısında ikinci şəxs olub.
Avqustun 11-də yayılan məlumata görə, Amerikanın Ədliyyə Nazirliyi əldə edilmiş sənədlərə əsasən, Mayk Pompeoya onun SEPAH-a bağlı agentlərin Amerikadakı terror aktları siyahısında olması ilə bağlı birbaşa xəbərdarlıq edib.
Sözügedən nazirliyin dünən yayılan bəyanatında SEPAH zabitlərindən olan Şəhram Pursəfinin terror siyahısında olan ikinci şəxsin adı yaxud kimliyi barədə heç bir məlumat verilməyib.
Amerika Ədliyyə Nazirliyinin məlumatına əsasən, Şəhram Pursəfi Amerikadakı agentlərinə ikinci əməliyyatın baş tutacağı halda bağlı olduğu "qrupu" tərəfindn 1 milyon dollar ödənəcəyinə söz verib.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR