ŞOK! “12-ci İmam” işində “zərərçəkmiş” şəxslər şikayət ərizələrini geri götürəcəklərini bildirdilər

"ŞaurmaN1” restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı məhkəmə prosesində “zərərçəkmiş” şəxslər qismində Kave Araz, Valeh Eyvazov və Elmar Aşırəliyev dindirilib.
“Zərərçəkmiş” Araz Kave bildirib ki, Aqil Babayevi qardaşıları vasitəsi ilə tanıyıb, 2007-ci ildən isə onun yaxın adamına çevrilib. Ayda minimum 100 manat olmaqla 17300 manat pul ödəyib. Dövlət ittihamçının “Ən yaxın adam dedikdə nəyi nəzərdə tutursuz?” sualına isə , “Güclü idim” deyə cavab verir. Araz Kave hakimə bildirir ki, “Aqil Babayevin etiraf edəcəyi təqdirdə mən və mənim istəyimlə digər 39 nəfər şikayət ərizəsini geri götürməyə hazırıq”. Aqil Babayev isə Arazdan soruşur ki, “nəyi etiraf etməliyəm?”. Aqil Babayev bildirir ki, “Bu günə kimi danışdıqlarımın hamısı gerçəkdir, siz bağda mənə qarşı etdiklərinizi etiraf edin”.
Aqil Babayev bundan əlavə bildirib ki, Kave Araz onun yaxın adamı olmayıb, qardaşları Rövşən Kave və Bəhruz Kave isə onun sürücüsü olublar.
Digər “zərərçəkmiş” Valeh Eyvazov ifadəsində bildirib ki, “Aqil Babayevi Xəyal Səfərəliyev vasitəsi ilə tanıdım, həmin vaxt neft şirkətində Xəyal ilə birgə işləiyyirdim və Xəyalın dini savadlı olması mənim diqqətimi çəkdi. Bu savadın hardan olduğunu soruşduqda, Xəyal bunu Aqil Babayevdən öyrəndiyini bildirdi və buna görə də Xəyaldan xahiş etdim ki,məni Aqil Babayevlə tanış etsin”. “Xəyal da məni Aqil Babayevlə tanış etdikdən sonra Aqil Babayevin dini savadının yüksək olduğu üçün onu 12-ci İmam kimi qəbul etdim”.
Dövlət ittihamçısının “O, özünü sizə elə təqdim edib?” sualına bildirib ki, “Birbaşa Aqil Babayev özünü imam kimi təqdim etməyib heç”.
2011-ci ildən 2021-ci ilə qədər hər ay 100 manat olmaqla 13700 manat zəkat veridyini deyəndə isə dövlət ittihamçısı “Necə oldu hər ay 100 manat ödəyirdin?” sualına isə “Vacibat idi, günahlarımın bağışlanması üçün ödəyirdim” deyə cavab verib.
Vəkil Zakir Babayevin “Hansısa mötəbər əlamət görmüşdüzmü?” sualına isə o bildirib ki, “İslam dinini öyrənirdim, gördüm 124 min peyğəmbər gəlib-gedib, 11 imam gəlib-gedib, düşündüm bu da 12-ci İmamdı” deyə cavab veribdi.
Digər “zərərçəkmiş” Aşırəliyev Elmar isə Aqil Babayevi 2007-ci ildən tanıdığını bildirib, 2021-ci ilin aprel ayına kimi isə 3720 manat zəkat ödədiyini bildirib. Hakim Elmar Aşırəliyevə “Hadisə iyun ayında olduğu təqdirdə niyə may ayında zəkat verməyibsən?” sualına isə, o bildirib ki, “Xatırlamıram, sonra isə maddi durumum yaxşı olmadı” deyə cavab verir. Aqil Babayev isə həmin şəxsi tanımadığını vurğulayıb .
Qeyd edək ki, hakim digər “zərərçəkmiş”lərin dəfələrlə məhkəmədə iştirak etmədiyi üçün köməkçisinə onların məcbur gətirilməsi ilə bağlı göstəriş verir.
Növbəti məhkəmə prosesi mayın 3-nə təyin olunub.
Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. Onu “12-ci İmam” adı altında həbs ediblər. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.
Hazırladı: Jalə FAMİLQIZI
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya