Saat:14:44
Haqqımızda

SOCAR-da kütləvi işdən çıxarmalar başladı :Ağsuda etiraz -VİDEO

2021-11-27 09:13:00

SOCAR-da kütləvi işdən çıxarmalar başladı :Ağsuda etiraz -VİDEO

Hurriyyet.az Sozcu.az saytına istinadən xəbər verir ki, səbəbsiz olaraq işdən çıxarılan 6 saylı Qobustan Nəqliyyat idarəsinin 2 saylı Ağsu nəqliyyat dəstəsinin işdən çıxarılan əməkdaşları bu gün Ağsu Rayon Məşğulluq Mərkəzinin qarşısında etiraz ediblər.

İşdən çıxarılan Ağsu sakinləri bildirirlər ki, oktyabr ayının 1-də rəhbərlikdə çalışan Ramin Bayramov onlara hələlik işə çıxmamalarını deyib. Bundan sonra, oktyabr ayının 14-də “Dost Xidməti”ndən idarəyə yoxlama gəlib. Gələn yoxlama işdə olmamalarını əsas götürərək, onlara iradlarını bildirib. Bundan sonra idarənin 43 nəfər fəhləsini işdən çıxarıblar.

İşçiər qeyd ediblər ki, departamentin texniki şöbəsinin müdiri Ramil Bayramovun tapşırığına əsasən işə gəlmədiklərini bildirsələr də, buna baxan olmayıb.

İşçilər bildirirlər ki, onları qanunsuz olaraq işdən çıxarmaq üçün oyun oynalınıb.

Qeyd edək ki, işdən çıxarılan fəhlələrin sentyabr, oktaybr və noyabr aylarının maaşları da SOCAR tərəfindən verilmir.

Qanunsuz olaraq işdən çıxarılanların arasında 10 nəfər Qarabağ müharibəsi iştirakçıları da var.

Elşən Əlisoy

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR