Saat:01:19
Haqqımızda

SOCAR-da benzin əvəzinə su vurulub? - İDDİA

2025-02-04 19:07:12

SOCAR-da benzin əvəzinə su vurulub? - İDDİA

Bakıda SOCAR-ın yanacaqdoldurma məntəqəsindən benzin alan vətəndaş gözlənilməz problemlə üzləşib. 

Hurriyyet.Az Ajans.az-a istinadla xəbər verir ki, onun iddiasına görə, avtomobilinə yanacaq doldurduqdan sonra mühərrikdə ciddi nasazlıq yaranıb. Avtomobili yoxladıqda məlum olub ki, yanacaq çənində benzin əvəzinə su var.

Vətəndaş bildirib ki, həmin məntəqədən aldığı benzindən sonra avtomobili işə düşməyib və onu servisə aparmağa məcbur olub. Servis ustalarının rəyinə görə, problem çəndəki yanacaqda su qarışığının olması ilə əlaqəlidir. 

SOCAR-dan isə hələlik məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib. Biz də məsələni araşdırmaq üçün SOCAR-a rəsmi sorğu ünvanlamışıq və mövzuyla bağlı rəsmi cavabı gözləyirik. 

Məsələ ilə bağlı yeni məlumat əldə etdikcə oxucularımızı məlumatlandıracağıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.273417