SOCAR-a prezident təyin edildi

2022-07-21 16:40:00

SOCAR-a prezident təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfi vəzifəsindən azad edib.

Hurriyyet.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Rövşən Nəcəf Dövlət Neft Şirkətinin prezidenti təyin edilib. 

Qeyd edək ki, bu ilin fevralında vəzifəsindən azad edilən SOCAR-ın prezidenti Rövnəq Abdullayevin səlahiyyətləri Rövşən Nəcəfə həvalə edilmişdi. O, bundan əvvəl İqtisadiyyat nazirinin birinci müavini idi.

Rövşən Nəcəf Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin üzvü, "AzerGold" QSC-də və "Təmiz Şəhər" ASC-də Müşahidə Şurasının sədridir. O, həmçinin İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056728