Saat:03:30
Haqqımızda

Slovakiyada atışma - Baş nazir yaralandı - Video

2024-05-15 17:35:42

Slovakiyada atışma - Baş nazir yaralandı - Video

Slovakiyanın Baş naziri Robert Fitso atışma zamanı yaralanıb.

Hurriyyet.az xəbər verir ki, 59 yaşlı siyasətçi xəstəxanaya çatdırılıb.

Fitsonun başından və qarnından yaralandığı, atəş açan şəxsin isə saxlanıldığı bildirilir.

İlkin məlumata görə, hadisə Slovakiya Nazirlər Kabinetinin iclasından sonra baş verib. Belə ki, Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda bir neçə atəş səsi eşidilib. 

Qeyd edək ki, R.Fitso 2023-cü ildən Slovakiyanın Baş naziridir. (qafqazinfo)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.212412