Slovakiya Ukraynaya vertolyotlar göndərir, ABŞ isə gəmiəleyhinə raketlər verəcək

2022-06-16 12:00:00

Slovakiya Ukraynaya vertolyotlar göndərir, ABŞ isə gəmiəleyhinə raketlər verəcək

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Slovakiya Ukraynaya 4 ədəd Mi-17 vertolyotu və 1 ədəd Mi-2 vertolyotu, həmçinin “Qrad” yaylım atəşli reaktiv sistemi üçün döyüş sursatı hədiyyə edib.

Slovakiyanın Müdafiə naziri Yaroslav Nad bu addımın Avropa İttifaqının Ukrayna ilə həmrəyliyinin göstəricisi olduğunu söyləyib.

Pentaqonun başçısı Lloyd Ostin dünən Brüsseldə “Pamştayn” formatındakı görüşdən sonra Slovakiyanın Ukraynaya hərbi təyyarələr verməyi qərara aldığını bəyan eləmişdi. Ostin həmçinin, Kanada, Polşa və Niderlandın da Ukraynaya yeni artilleriya silahları vermək niyyətində olduğunu bəyan edib.

Daha əvvəl isə ABŞ Prezidenti Co Bayden ukraynalı həmkdarı Vladimir Zelenski ilə telefonla danışarkən Kiyevə milyard dollarlıq yardım ayıracaqlarını deyib.

ABŞ-ın yeni yardım paketində yaylım atəşli reaktiv sistemi üçün döyüş sursatları və "Harpoon" gəmiəleyhinə raketlər verilməsi nəzərdə tutulub.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya