Saat:04:28
Haqqımızda

Slovakiya Ukraynanın NATO-ya qəbul edilməsini istəmir

2024-04-16 16:12:04

Slovakiya Ukraynanın NATO-ya qəbul edilməsini istəmir

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Slovakiya Ukraynanın NATO hərbi ittifaqına daxil olmasına qarşı çıxış edib.
Respublikanın baş naziri Robert Fitso mətbuat konfransındakı çıxışı zamanı ölkəsinin Ukraynanın NATO-ya daxil olmaq üçün müraciətini ratifikasiya etməyəcəyini bildirib.
Fitso deyib: "Ukrayna: "Biz NATO-ya daxil olmaq istəyirik", - deyə bilər. Bu, onların azad qərar vermək hüququdur. Biz də deyirik ki, müraciət sənədini parlamentdə ratifikasiya etməyəcəyik. Çünki Slovakiyanın neytral Ukraynaya ehtiyacı var. Ukrayna NATO-ya daxil olsa, Slovakiyanın maraqları təhdid altında olacaq".
Bununla yanaşı, Slovakiya Ukraynanın Avropa İttifaqına qəbul edilməsi ideyasını dəstəkləyir. Fitso bu prosesin reallaşması üçün Brüssellə Kiyev arasında danışıqların mümkün qədər tez başlamasının tərəfdarı olduqlarını bildirib.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.157247