"Slavyanka" brendinin sahibi "Gədəbəy Mineral Suları"-nın 7.6 milyon vergi borcu üzə çıxdı / FOTO

“Gədəbəy Mineral Suları” MMC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.
Hurriyyet.az bildirir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən MMC-nin hazırki vergi borcu 7.6 milyon manatdan çoxdur (7663266.39 AZN).
Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan “Gədəbəy Mineral Suları” MMC-nin qanuni təmsilçisi Ramil Fərzəliyev Calal Oğludur.
Qeyd edək ki, şirkətlə bağlı məlumatda "2004-cu ildə təsis edilmiş “Gədəbəy Mineral Suları” şirkəti Gədəbəy dağlarının təbii bulaqlarından əldə olunan suyun istehsalı və satışı ilə məşğul olur. İlk dəfə Slavyanka kəndində yerləşən “Novlu” bulağın suyu “Gədəbəy” və “Slavyanka” markaları ilə istehlakçılara təqdim olunub, daha sonra digər bulaqlardan istifadə edilməyə başlanılıb" deyə bildirilib.
Ayxan
