Saat:22:56
Haqqımızda

Skabeyevanın buynuzlu yalanı: “1000 ədəd “Bayraktar TB2” vurmuşuq”

2022-07-01 18:34:00

Skabeyevanın buynuzlu yalanı: “1000 ədəd “Bayraktar TB2” vurmuşuq”

Hurriyyet.az "Yeni Akit" nəşrinə istinadla xəbər verir ki, Rusiya dövlət televiziyasının  0 “Rossiya-1”-in aparıcısı Olqa Skabeyeva Ukraynaya təcavüz ilə bağlı eşidilməmiş yalan söyləyib. Skabayeva Rusiyanın Ukraynada min ədəd  “Bayraktar TB2” dronunu vurduğunu iddia edib.

Türkiyə mətbuatı “Bayraktar TB2” PUA istehsalçı dövləti olan Türkiyənin özünün belə arsenalında o qədər “Bayraktar” dronu olmadığını bildirib.

Açıq mənbələrdəki məlumatlara əsasən, Türkiyə dövlətinin cəbbəxanasında ümumilikdə 128 ədəd “Bayraktar TB2” var.

Yenə də açıq mənbələrdəki məlumatlara görə, Ukraynanın ən çoxu 15 ədəd “Bayraktar TB2” dronu var.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR