Saat:15:23
Haqqımızda

Şizofreniya xəstəliyi nədir və necə müalicə olunur?

2022-02-22 10:48:00

Şizofreniya xəstəliyi nədir və necə müalicə olunur?

Azərbaycanda bir sıra psixi xəstəliklər kimi şizofreniya xəstəliyinə də rast gəlinir. Digər ölkələrdə olduğu kimi Azərbaycanda da depressiya və nevroz problemləri daha çox yayılıb. Araşdırmalar nəticəsində o da məlum olub ki, şizofreniya xəstəliyi 60-70 faiz hallarda genetik faktorla bağlıdır. Mütəxəssislərin fikrincə, hər iki valideyndə şizofreniya varsa, övladın xəstə olması ehtimallı 45-60 faizdir. Ona görə də, ailədə, nəsildə bu problem varsa, hər hansı əlamət olmasa belə, ailə üzvlərinin bu problemlə bağlı araşdırılması, müayinə olunması önəmlidir. Onu da qeyd edək ki, şizofreniya xəstələrini söhbətlə, əks arqumentlər gətirməklə fikirlərindən daşındırmaq mümkün deyil, xəstələrin real olmayan düşüncələri yalnız müalicə nəticəsində dəyişə bilər.

Azərbaycanda şizofreniya xəstələri daha çox Maştağa Ruhi Əsəb Dispanserində müalicə alırlar. Bəs onlar müalicə aldıqdan sonra cəmiyyətə adaptasiya oluna bilirlərmi?

Tanınmış psixoterapevt Paşa Yaqub "Hürriyyət"ə bildirib ki, şizofreniya çox vaxt anadan keçir. O vurğulayıb ki, gənc yaşlarında müalicə aparılmadıq da xəstəlik getdikcə ağırlaşmağa başlayır:

"Məni Maştağa Ruhi Əsəb Dispanserinə aparıblar və orda xəstələri müalicə etmişəm. Şizofreniya xəstəliyi çox vaxt anadan keçir. Anada hamiləlik dövründə əsəb olur. Nəticədə bu ana bətnində uşağa keçir. Uşaq böyüdükcə və yetkinlik yaşına çatanda əsəb sistemləri oyanmağa başlayır. Şizofreniyanın rüşeymi ana bətnində yaranır. Yetkinlik yaşında isə bu artıq yetişməyə başlayır. Nəticədə həmin şəxs öz yaxınlarını düşmən kimi görür. Hətta ata və anasını da düşmən kimi bilir. Şizofreniya xəstələri paralel aləmdəki qüvvələrin təsiri altın düşürlər. Sanki o qüvvələrlə danışırmış kimi özlərini aparırlar. Bu tip xəstələr kiminsə evini yandıra da bilərlər. Hətta özlərinə xəsarət belə yetirərlər. Şizofreniya xəstələrinin intihar hallarına da cəmiyyətimizdə rast gəlmişik. Elə xəstələr olur ki, yaxınları gətirir və müalicə edə bilirəm. Lakin elələri də olur ki, onları gətirə bilmirlər. Şizofreniya xəstəliyi əsasən gənc yaşlarından başlayır. Böyüdükcə xəstəliyin fəsadları daha da artmağa başlayır. Gənc yaşlarında müalicə aparılmadıq da xəstəlik getdikcə ağırlaşmağa başlayır. Şizofreniyanın müalicəsi aparılmadıq da getdikcə ətraf üçün təhlükəli ola bilər. Məsələn, kimisə öldürə və ya hər hansısa zərər verə bilər. Bu cür hadisələri mediadan da izləyə bilərik. Anasını və ya atasını öldürənlər olur. Fikir verirsinizsə, bu cür ailələr kasıb ailələr olur. Sanki evləri tilsimlidir. Bu xəstəliyin tibbi yolla müalicəsi yoxdur".

Psixoterapevt Paşa Yaqub Maştağa Ruhi Əsəb Dispanserinin şizofreniyanın müalicəsində heç bir rol oynamadığını deyib. O şizofreniya xəstəliyi olanları müalicə edən zaman üstünə bıçaq da çıxarıldığını qeyd edib:

"Şizofreniya xəstələri daha çox Maştağa Ruhi Əsəb Dispanserində yatırlar. Araşdırma aparsaq görərik ki, bu xəstələri xəstəxanadan çıxandan sonra hər hansısa fəaliyyətlə məşğul olublarmı?...Yaxud da ailə həyatı qurublar?...Cəmiyyətə hansısa faydalı işlər görüblər?...Sadəcə əlil kimi qeydiyyatdadırlar. Daha dəqiq desək ailə saxlamayıblar. Bu xəstəliyi olanlar xəstəxanada ancaq iynə vurulmaqla sakitləşdirilirlər. İnsana gələn mənfi dalğalar şizofreniya xəstəliyi yaradır. Sanki insan dalğalarla idarə olunur. Güclü mənfi dalğalar ötürülən zaman isə insanın sinir sistemləri pozulmağa başlayır. Bunlar hamısı fizikanın qanunları ilə gedir. İnsan özü enerji daşıyıcısıdır. Ruh bizi idarə edir. Fizikada enerjinin iki növü var: sabit və dəyişən cərəyan. İnsanın ruhuna müsbət cərəyan gələndə ruh sabit qalır. Mənfi cərəyan olduqda isə dəyişən enerji olur. Nəticədə sabit cərəyan dəyişən cərəyana çevrilir. Şizofreniya xəstələrində də belə olur. Gah yaxşı olurlar, gah da istənilən vaxt dəyişə bilirlər. Bəzən şizofreniya xəstəliyi olanları müalicə etdiyim zaman üstümə bıçaq da çıxarıblar. Onlara yaxın durmaq bir qədər çətin olur. Hətta ailə də narahat olmağa başlayıb. Bu xəstəliyin müalicəsində ailənin də rolu böyükdür. Ailənin də dəstəyi böyük önəm kəsb edir".

Bəzən digər xəstəliklərdən əziyyət çəkən şəxslərə şizofreniya diaqnozu qoyulması, yanlış müalicə aparılması halları da baş verir. Şizofreniya ciddi və kompleks ruhi xəstəlikdir. Psixozun ən çox görülən formasıdır. Bütün dünyada insanlar arasında hər 100 nəfərdən birində rast gəlinir.

Psixiatr Fuad Bəşirov şizofreniyanın əsasında düşüncə və qavrayışın pozulması hallarının dayandığını bildirib:

"Xəstəlik zamanı intelektual qabiliyyət əsasən pozulmasa da, fərdi xüsusiyyətlər və özünü idarə etmə bacarığı itirilir. Şizofreniya başlanğıcı zamanı xəstənin mövcud məşğulliyətində uğursuzluqlar, dərslərdə geri qalma, iş yerində işlərini yerinə yetirə bilməmək, ailədə, işdə, dostları arasındakı münasibətlərdə pozulmalar görülür. Şizofreniyanın əlamətləri və əsas simptomları bunlardır: Əsası olmayan düşüncələrin olması, xüsusi ilə tanıdığı və ya tanımadığı insanlar tərəfindən izlənmə, zərər görmə düşüncələri, düşüncələrinin başqa insanlar tərəfindən oxunması və ya yad düşüncələrin ağıllarına yerləşdirilməsi və sair kimi reallıqla örtüşməyən düşüncələrin biruzə verməsi. Halusinasiyalar, olamayan şeylərin gözə görünməsi, əmr verən səslər, aşağılayan, danlayan və ya öz aralarında danışılan əslində olmayan səslərin eşidilməsi kimi duyğu orqanlarının qavrama qabiliyyətinin pozulması. Danışıq qabiliyyətinin pozulması, uyğunsuz danışma, çox və mənasız danışma, cümlənin qramatik quruluşunun pozulması, yeni sözlər “kəşf etmə”. Davranış qabiliyyətlərinin pozulması, hərəkətlərdə yavaşlama və ya donmalar, Emosiyaların azalması, özünə qapanma, az danışmaq və ya susmaq".

Şizofreniyanın müalicəsi barədə danışan Fuad Bəşirov  deyib ki, xəstəliyin ilkin mərhələsində mövcud simptomların dərmanlar vasitəsi ilə kontrol altına alınması, xəstənin vəziyyətinin stabilləşdirilməsi və müalicəyə uyumlu hala gətirilməsi lazımdır:

"Erkən mərhələdə qoyulan diaqnoz və müalicə ilə xəstələrin çoxu mövcud işlərinə, ailə vəziyyətinə davam edə bilir. Şizofreniya diaqnozu daha gec qoyulduqda və ya müalicələrdə axsamalar olduqda isə xəstəlik xronik vəziyyətə keçir. Bu zaman müalicənin əsas məqsədi xəstənin şəxsi gigiyenasına baxma, ev işləri və ya yüngül işlərdə işləyə bilmə, dostluq, qohumluq əlaqələrinin davam etdirə bilmək kimi xəstəlik səbəbi ilə itirilmiş sosial vəzifələrin yenidən qazandırılmasından ibarət olur".

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.285601