Sizi məyus edəcəm, Putinlə danışdım... - Kadırov

2022-06-15 16:38:00

Sizi məyus edəcəm, Putinlə danışdım... - Kadırov

Prezidentimizin guya səhhətində problem olması, ona əvəz axtarılması ilə bağlı o qədər gülməli cəfəngiyyatlar oxuyuram ki. Sizi məyus etmək istəyirəm, bu yaxınlarda prezidentlə danışdım, çox gümrah, əmredici səsi var və o, Ukrayna xalqına və dövlətinə mümkün qədər zərər vurmadan xüsusi əməliyyatı başa çatdırmağa hazırdır.

Hurriyyet.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Öz adımdan o dövlətlərə məsləhət görürəm, yaxşı olar ki, ağzınızı bağlayasınız, sonradan buna vaxtınız olsa, üzr istəmək çox utancverici və əlverişsiz olacaq. Uca Allah prezidentimizə uzun ömür versin”, - Kadırov bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya