“Siz kimsiniz ki, şagirdi məktəbdən çıxarırsınız?” - Kamran Əsədov əsəbləşdi

2022-05-28 17:25:00

“Siz kimsiniz ki, şagirdi məktəbdən çıxarırsınız?” - Kamran Əsədov əsəbləşdi

“Nəticələr ildən-ilə aşağı düşür”.

Xatırladaq ki, ötən gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə son olaraq 30 aprel və 1 may tarixində keçirilən buraxılış imtahanların nəticələri elan olunub. Ümumi olaraq yüksək nəticə göstərən olmayıb.

Hurriyyet.az xəbər verir ki, ekspertin sözlərinə görə, eyni oyunu oynayıb, fərqli nəticə gözləyirik:

“Bu absurd yanaşma tərzidir. Bu gün istər 11, istərsə də 9-cu sinif şagirdləri arasında keçirilən imtahanların ilkin nəticələrinə baxanda görürük ki, ciddi irəliləyiş yoxdur. Aprel ayında keçirilən imtahanlarının nəticələrinə baxanda görürük ki, burada nə baş verir.

Yenə də imtahan qaydalarını pozan şagirdlər var. Bu dəfə də bütün sualları düzgün cavablandırmış şagird olmadı. Halbuki, bu uşaqlar minimum standartlara cavab verərək, bu nəticəni toplamalı idilər. 9-cu sinif imtahanları çətin olmur. Nəticələr ildən-ilə artmır. Ya stabil qalır, ya da aşağı düşür”.

K.Əsədov qeyd edib ki, bu gün Azərbaycan təhsili hazırlıq kurslarından asılı qalıb:

“Ümumtəhsil məktəblərində tədrisin təşkili normal vəziyyətdə deyil. Nəticələr qənaətbəxş sayılmaz. Apelyasiya müraciətlərinə də baxılmır. Müraciət edirlər, lakin nəticə yoxdur. Dövlət İmtahan Mərkəzinin yanaşması yanlışdır. Apreldə keçirilən imtahanların nəticələri bir ay sonra açıqlandı. Uşaqlara da deyirlər ki, suallarla bağlı şikayət et. Sual kitabçası, nümunə yoxdursa, uşağın yaddaşında suallar necə qala bilər? Bu qədər absurd yanaşma olmaz. Bir dəfə də görmədik ki, Təhsil Nazirliyi qəbul və buraxılış imtahanaları ilə bağlı mövqeyini ortaya qoysun”.

Kamran Əsədov əlavə edib ki, nəticəsi pis olan uşağı kimsə məktəbdən çıxara bilməz:

“Dövlət ümumtəhsil məktəblərində şagirdlərin buraxılış imtahanındakı balından asılı olmayaraq 10-cu sinifə keçməsinə heç nə mane olmur. Əgər kimsə, uşağı məktəbdən çıxarmağa təşə


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya