“Siz düşmənin Ermənistan ərazisində polis postu qurması üçün döyüşdünüz” – ERMƏNİ SİYASƏTÇİ PAŞİNYANI “YIXIB-SÜRÜDÜ”

2021-09-14 17:37:00

“Siz düşmənin Ermənistan ərazisində polis postu qurması üçün döyüşdünüz” – ERMƏNİ SİYASƏTÇİ PAŞİNYANI “YIXIB-SÜRÜDÜ”

"Şərəfim var" fraksiyasının katibi Hayk Mamicanyan, hakimiyyəti “qanlı əllər”dən danışmamağa çağırıb.

Hurriyyet.az xəbər verir ki, Hayk Mamidcanyan deyib: "Bunu etməyin, çünki ən azından müharibə zamanı bütün nizamsızlığı, səfərbərlik resurslarının təşkilini, bütün maddi-texniki təminatı görən insanlar heç vaxt əllərinizin qanlı olub-olmamasından danışmağa icazə verməyəcəklər".

"Necə ola bilər ki, bir neçə yüz min səs almaqla, məxmər mandat polad mandata çevrilsin?", - deyə deputat vurğulayıb.

"Siz bir qism hərbçinin sərhədlərimizi yox, Milli Məclisi qoruması üçün mübarizə apardınız ki, düşmən gəlib torpaqlarımıza soxulsun. Siz düşmənin Ermənistan ərazisində polis postu qurması üçün döyüşdünüz. Siyasi lideriniz İrəvan küçələrində gəzməkdən o qədər qorxdu ki, onu bir neçə min polisin müşayiət etməsi üçün çalışdınız", - Hayk Mamidcanyan deyib.

Aysor.am xəbər verir ki, müxalifətçi deputat deyib: "İnsanlara Azərbaycan pasportu ilə səs verməyə icazə vermə ehtimalını nəzərdən keçirməyi məsləhət görürəm, liderinizin orada kifayət qədər tərəfdarları var".

Onun sözlərinə görə, “indi iqtidar seçkilərdən danışır, amma bu davam edərsə, növbəti seçkilərdə Syunik bölgəsinin bir neçə kəndinin sakinləri seçkilərə viza ilə qatılmalı olacaqlar”.

Ülviyyə,

Hurriyyet.az