Saat:11:44
Haqqımızda

Siyyarto Rusiya-Avropa müharibəsinin hansı tarixdə başlana biləcəyindən danışıb

2025-12-02 10:45:01

Siyyarto Rusiya-Avropa müharibəsinin hansı tarixdə başlana biləcəyindən danışıb

Hurriyyet.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyyarto Avropanın 2030-cu ildə Rusiya ilə müharibə ehtimalına hazırlaşdığını bildirib.
Macarıstan XİN rəhbərinin sözlərinə görə, Avropa İttifaqının strateji sənədlərində Aİ ölkələrinin 2029-cu ilə qədər döyüş hazırlığına çatması tələb olunur. Bu, 2030-cu ildə Avropanın Rusiya ilə müharibə aparmasına imkan verəcək. Nazirin sözlərinə görə, qarşıdakı dövrdə qitədə "yanğın" riski gözlənilir.
Hürr Tərcüman