Siyyarto: "NATO ordusunun Ukraynaya göndərilməsi bəyanatları III Dünya müharibəsini yaxınlaşdırır"
Hurriyyet.az xəbər verir ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto TASS informasiya agentliyinə müsahibəsində NATO üzvü olan ölkələr adından Ukraynaya hərbi kontingentlərin göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatların üçüncü dünya müharibəsi riskini yaxınlaşdırdığını söyləyib.
Nazir deyib: “Belə kritik vəziyyətdə təkcə hərəkətlər deyil, sözlər də böyük əhəmiyyət kəsb edir. Ona görə də, söhbət NATO-ya üzv olan bəzi ölkələr adından Ukraynaya qoşun yeritmək imkanından gedirsə, bu, həqiqətən də təhlükəlidir, çünki biz təhlükə ilə üzləşmək istəmirik. Üçüncü dünya müharibəsinin başlanması kimi dəhşətli risk yaxınlaşır.
Bununla əlaqədar, Macarıstan həmkarlarını və müttəfiqlərini dünya müharibəsi riskini sürətləndirə biləcək hər hansı bəyanat və addımlardan çəkinməyə çağıracaq”.
Düşünürəm ki, Avropada getdikcə daha çox insan - "insanlar" dedikdə, bu sözlə "siyasi liderlər" ifadəsi arasında bəabərlik işarəsi qoymuram - bu problem haqqında rasional düşünməyə başlayır və getdikcə daha çox insan münaqişənin daha da alovlanması riskini artıran hərəkətlərə qarşı çıxır”.
Hürr Tərcüman