Siyavuş Novruzov və daha bir YAP-çı namizəd olmayacaq
2024-07-03 14:08:12
VI çağırış Milli Məclisin deputatları Siyavuş Novruzov və Sevinc Hüseynova növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcək.
Hurriyyet.az Report-a istinadən xəbər verir ki, buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.
Faktı partiyadakı mənbə də təsdiqləyib.