Saat:17:05
Haqqımızda

Siyavuş Novruzov sosial şəbəkələrdə yayılan açıqlamaya AYDINLIQ GƏTİRDİ

2021-09-16 21:54:00

Siyavuş Novruzov sosial şəbəkələrdə yayılan açıqlamaya AYDINLIQ GƏTİRDİ

Sosial şəbəkələrdə Milli Məclisin deputatı YAP-çı Siyavuş Novruzovun çörəyin qiymətinin bahalaşması ilə bağlı dediyi fikirlər müzakirəyə səbəb olub. İddia edilir ki, deputat çörəyin insana lazım olmadığını, kökəltdiyini və onları əxlaqsız etdiyi barədə fikirlər səsləndirib. 

S. Novruzov sosial şəbəkədə müzakirə edilən həmin fikirlərə aydınlıq gətirib. O bildirib ki,sosial şəbəkələrdəki bəzi səhifələrdə onun adımdan həqiqətə uyğun olmayan və  reallığı əks etdirməyən sözlər yayılır:

"İddia olunur ki, guya mən "benzin və çörək" barədə hər hansı ifadələr səsləndirmişəm. Qətiyyətlə bildirirəm ki, heç bir jurnalist mənə bu barədə sual ünvanlamayıb və təbii ki, mən heç bir fikir bildirməmişəm. 

Dezinformasiya yaymaqla populyarlıq qazanmağa çalışan həmin sosial şəbəkə səhifələrinin bu cür ikrah doğuran hərəkətləri məsuliyyətsizlik, ləyaqətsizlik və əxlaqsızlıqdır. Bu, eyni zamanda, hüquqi məsuliyyət doğurur.

Bundan əvvəl etdiyim xəbərdarlığa məhəl qoyulmamasını nəzərə alaraq, birmənalı şəkildə bildirirəm ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Bu cür çirkin metodlardan və ucuz vasitələrdən istifadə edənlər öz əxlaqsız əməllərinə görə qanun qarşısında cavab verəcəklər”.

Qeyd edək ki, deputat onun adından yayılan bu açıqlamaya görə dünəndən sərt tənqid olunurdu. \\Sfera.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR