Saat:04:50
Haqqımızda

Siyasi partiyaların gəlir və xərcləri açıqlandı – Tam siyahı

2024-04-02 14:45:32

Siyasi partiyaların gəlir və xərcləri açıqlandı – Tam siyahı

Son bir ildə Azərbaycanda 33 siyasi partiyanın fəaliyyəti dayandırılıb.

Hurriyyet.az xəbər verir ki, hazırda Azərbaycanda 26 siyasi partiya mövcuddur.

Məlumat üçün bildirək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra 67 siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib.

2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən aşağıda adları qeyd olunan 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul edilib:

- Azərbaycan Demokratik Sahibkarlar Partiyası
- Milli Qurtuluş Partiyası
- Azərbaycan Xalq Demokratik Partiyası
- Azərbaycan Milli Hərəkat Partiyası
- Azərbaycan Kəndli Partiyası
- Azərbaycan Yurddaş Partiyası

Bunlardan başqa, bu günə kimi 2 siyasi partiyanın – Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı ləğv olunub.

Ötən ilin əvvəlində ölkədə 59 siyası partiya olub. 2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu qəbul edib və Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib. Yeni qanuna görə siyasi partiyaların 5 min üzvü olmalıdır. Yeni qanunun qüvvəyə minməsindən sonra – 2023-cü ildə 33 siyasi partiya öz fəaliyyətini dayandırdığını açıqlayıb (fəaliyyətini dayandıran siyasi partiyaların sıra sayı cədvəldə qırımız fonda təqdim olunub). 

Məlumat üçün onu da qeyd edək ki, hazırda dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 25-i ötən il üçün maliyyə hesabatı verib. Yalnız 1 siyasi partiya – Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) maliyyə hesabatını vaxtında təqdim etməyib (cədvəldə mavi fonda təqdim olunub).

Maliyyə hesabatı təqdim edən 25 partiyadan 7-nin heç bir maliyyə göstəricisi (cədvəldə “0” ilə göstərlib) olmayıb. Onlar MSK-ya boş hesabat təqdim ediblər.

Maliyyə göstəricisi olan 25 siyasi partiyadan 10-u (cədvəldə yaşıl fonda təqdim olunub) Milli Məclisdə təmsil olunduqları üçün onlara dövlət büdcəsindən maliyyə ayrılıb.

Onu da bildirək ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar illik maliyyə hesabatlarını növbəti ilin mart ayının 31-nə kimi Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir. Hesabatların verilməsi üçün təyin olunan son tarixdən artıq 2 gün keçib.

18 siyasi partiya arasında yalnız 5-nin – Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat Partiyası, Yeni Azərbaycan Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Böyük Quruluş Partiyasının üzvlük haqqı topladığı bildirilir.

Ən çox üzvlük haqqını Yeni Azərbaycan Partiyası toplayıb - 29 milyon 674 min 281 manat.

yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR