Saat:23:51
Haqqımızda

Siyasi partiyalar seçkiyə neçə namizədlə qatılıb? - SİYAHI

2024-08-13 00:39:40

Siyasi partiyalar seçkiyə neçə namizədlə qatılıb? - SİYAHI

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiyalar tərəfindən irəli sürülən namizədlərin qeydə alınması başa çatıb.

Qeydiyyatda olan 26 siyasi partiyadan 25-i öz namizədlərini irəli sürüb. Bəzi partiyaların sədrləri seçkilərdə iştirak etməsə də, partiyada müxtəlif vəzifə tutan şəxslərin namizədliyi qeydə alınıb.

Hurriyyet.Az Modern.az -a istinadla xəbər verir ki, namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülən şəxsləri araşdırıb.

Beləliklə, siyasi partiyalar aşağıdakı sayda namizədlə seçkilərdə iştirak edir:

1. Yeni Azərbaycan Partiyası - 125 namizəd;

2. Müsavat Partiyası - 25 namizəd;

3. Vətəndaş Həmrəyliyi Partiyası - 18 namizəd;

4. Ağ Partiya - 18 namizəd;

5. Ümid Partiyası - 17 namizəd;

6. REAL partiyası - 12 namizəd;

7. Ədalət,Hüquq və Demokratiya Partiyası - 11 namizəd;

8. Klassik Xalq Cəbhəsi Partiyası - 10 namizəd;

9. Azərbaycan Milli İstiqlal Partiyası - 8 namizəd;

10. Milli Cəbhə Partiyası - 7 namizəd;

11. Azərbaycan Xalq Partiyası - 7 namizəd;

12. Ana Vətən Partiyası - 7 namizəd;

13. Müasir Müsavat Partiyası - 6 namizəd;

14. Azad Vətən Partiyası - 6 namizəd;

15. Böyük Azərbaycan Partiyası - 6 namizəd;

16. Haqq Ədalət Partiyası - 5 namizəd;

17. Demokratik İslahatlar Partiyası - 5 namizəd;

18. Vəhdət Partiyası - 5 namizəd;

19. Ədalət Partiyası - 4 namizəd;

20. Azərbaycan Demokrat Partiyası - 4 namizəd;

21. Yeni Zaman Partiyası - 2 namizəd;

22. Gələcək Azərbaycan Partiyası - 2 namizəd;

23. Azərbaycan Demokratik Maarifçilik Partiyası- 1 namizəd;

24. Böyük Quruluş Partiyası - 1 namizəd;

25. Milli Dirçəliş Hərəkatı Partiyası - 1 namizəd;