“Siyasi partiyalar haqqında” qanuna 66 düzəliş edilib

2022-11-23 14:34:00

“Siyasi partiyalar haqqında” qanuna 66 düzəliş edilib

““Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantına ümumilikdə 66 düzəliş edilib. Düzəlişlər həm mahiyyət baxımından, həm də texniki baxımdan olub”. 

Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Əli Hüseynli noyabrın 23-də qanun layihəsi ilə bağlı jurnalistlər üçün keçirilən brifinqdə deyib.  

O xatırladıb ki, qanun layihəsinin ictimai müzakirələrində həm parlamentdə təmsil olunan, həm olunmayan partiyalar iştirak edib: “Əlbəttə ki, qanun layihəsi siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsi məqsədi daşıyırdı. Bu baxımdan yeni qanun layihəsi hazırlandı.

Qanun layihəsində dəyişikliklər nədən meydana çıxdı?! Əsas təkliflər daha çox rəqəmlərə yönəlmişdi. Bir sıra təkliflər var idi ki, bəzi məsələlərdə zaman çoxalsın, bir sıra hallarda zaman azaldılsın. Yəni burada partiyaların təsis edilməsi, ləğv edilməsi, qeydiyyatdan keçməsi, reyestrdən keçməsi və s üçün müddətlərlə bağlı düzəlişlər edilib. Ümumilikdə qanun layihəsinə münasibət pozitivdir və bildiyiniz kimi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.112435