SİYASƏT VƏ TEXNOLOGİYA – Və yaxud siyasi kampaniyalarda texnologiyanın rolu
“Siyasət və Texnologiya” iki müstəqil məfhumdur və onların bir-biri ilə əlaqəsi müxtəlif şəkillərdə təzahür edir. Texnologiyanın siyasətdəki rolu dinamik və çoxşaxəlidir və daim inkişaf edən bir mənzərədir. Qabaqcıl texnologiyaların davamlı inteqrasiyası həm imkanlar, həm də çağırışlar təqdim edir:siyasi kampaniyaların aparılması,məlumatların yayılması və vətəndaşların demokratik prosesə cəlb edilməsi üsullarını formalaşdırır.
Sosial media platformaları siyasi aktyorlara dəstək toplamaq imkanı verir.Seçki kampaniyaları ənənəvi üsullardan rəqəmsal strategiyalara doğru inkişaf edir.Süni intellekt isə siyasi qərar qəbuletməsində öz rolunu daha da artırır.
Lakin texnologiyaya qeyri-bərabər çıxışla bağlı narahatlıqlar davam edir.İnternetə çıxış,rəqəmsal savadlılıq və texnoloji infrastrukturdakı uyğunsuzluqlar mövcud sosial bərabərsizlikləri gücləndirə bilər,müəyyən icmaların siyasi diskursda tam şəkildə iştirak etmək və digər imkanlardan istifadə etmək imkanlarını məhdudlaşdıra bilər.
Texnologiyanın siyasətlə qarşılıqlı əlaqəsi etik problemləri də yarada bilir. Məlumatların məxfiliyi ilə bağlı narahatlıqlar, alqoritmik qərəzlilik və manipulyasiya riski kimi məsələlər texnologiyanın siyasətə təsirini şübhə altına alır. Bu kontekstdə demokratik dəyərləri qorumaq və texnologiyanın müsbət cəhətlərindən maksimum yararlanmaq üçün balanslaşdırılmış siyasət və qaydalara ehtiyac var.
Biz bu yazıda texnologiya və siyasət arasındakı mürəkkəb əlaqəni,texnologiyanın siyasətdəki rolunu ətraflı nəzərdən keçirəcəyik.
(Açar sözlər: süni intellekt,sosial media,siyasi kampaniyalar, siyasi diskurs)
Ləman Bəkirova
Müasir siyasi kampaniyalarda texnologiyanın rolu
Sosial media siyasi kampaniyalar üçün əsas həyati vasitədir.Siyasi namizədlər daha geniş auditoriyaya çataraq tərəfdaşlarını səfərbər etmək,siyasətlərini bölüşmək üçün Facebook,Instagram,Twitter,Youtube kimi platformalardan istifadə edirlər.Lakin tarixə nəzər salsaq görərik ki, hələ qədim dövrlərdən radio və televiziya 20-ci əsrin 1-ci yarısında siyasi kampaniyalar üçün əsas alətlərdən idi.İnternetin inkişafı nəticəsində isə bu günümüzdə texnologiya alətləri tamamilə dəyişmişdir.Texnologiyanın inkişafı və siyasi kampaniyaların əsas alətinə çevrilməsi nəticəsində biz onun insanlar üzərində manipulyasiyasının daha da artdığını müşahidə edirik.Rəqəmsal texnologiya,həmçinin siyasi kampaniyaların güc və təsir üsulunu də dəyişir.Rachel Gibsonun sosial medianın və süni intellektin seçki strategiyasına və nəticədə demokratiyanın yenidən formalaşdırılmasına necə səbəb olduğuna dair araşdırmasında Avropa siyasi partiyalarının belə,texnologiyanı öz səslərini gücləndirmək üçün əsas vasitə olaraq gördüklərini deyirdi.
Ayrı-ayrılıqda sosial media platformalarına nəzər salsaq,Facebook və Instagramın digər sosial şəbəkələrlə müqayisədə siyasi kampaniyalara daha çox töhfə vermək üçün məsuliyyət daşıdığını müşahidə edərik.Instagram yeni özəllikləri(hekayə xüsusiyyəti, çarx xüsusiyyəti, canlı xüsusiyyəti, IGTV) ilə indi həmişəkindən daha vacibdir.
YouTube platformasında isə siyasi kampaniya aktyorları kanal yaradır və video reklamlarını burada yerləşdirirlər.
Twitter isə auditoriya ilə daha qısa və sürətli əlaqə qurmaq üçün əla platformadır,siyasi aktyorlar burada auditoriyaya xitab edən hasthag yaradırlar və bunun nəticəsində manipulyasiya rollarını daha da artırırlar.
Nümunə olaraq 2008-ci il Barak Obama və onun kampaniya komandasına nəzər salsaq görərik ki,o sosial media platformalarından səmərəli şəkildə istifadə edirdi.Onun kampaniyası geniş bir seçki qrupuna,xüsusilə də gənc seçicilərə çatmağa kömək etmişdi.Facebook və Twitter üzərindən hədəf qrupu ilə doğrudan əlaqə qurmaq kampaniyanın əhəmiyyətli hissələrindən birini təşkil edirdi.
Siyasətçilərin aktiv onlayn iştirakı və vətəndaşların müzakirələrə qoşulmağı demokratiyanın inkişafına yardım edir. Bu, vətəndaşlara ən yaxşı namizədə səs vermək üçün daha asan bir yol yaradır. Bundan əlavə, seçilmiş nümayəndələr üçün daha məsuliyyətli bir demokratiya platforması təmin edir. Həm də, kütlələrlə təmas qurmaq və onların iştirakını təmin etmək üçün bu yeni və güclü vasitə, siyasətçilər üçün daha yaxşı ünsiyyət şəraitinə nail olmağa kömək edir.
Bizim hər bir klikimiz,baxışımız,bəyənməmiz xüsusi təhlil olunur və bunun nəticəsindən kampaniyalar internet çağından əvvəlki dövrə nisbətən daha dar seçki dairəsinə yönəlirlər.
Bütün bu alətlər göstərir ki,siyasi aktyorlar heç vaxt hədəf auditoriyası üçün bu qədər əlçatan olmamışdı.Lakin siyasi kampaniyaların və onların seçicilərlə əlaqə saxlamağının əhəmiyyəti artdıqca sosial media seçki nəticələrinin müəyyənləşdirilməsində mühüm rol oynayacaq.
Sosial medianın siyasi diskursa təsiri
Sosial mediadan istifadə evdə, iş yerində, dostlarla sosial görüşlərdə, icma görüşlərində və sosial şəbəkə saytlarında, onlayn və oflayn kontekstlərdə siyasi məsələlərlə bağlı gündəlik söhbətlərə təsir göstərə bilər.Sosial media siyasi diskursa müxtəlif yollarla təsir edir və müsbət və mənfi vəziyyətlərlə nəticələnir.Sosial medianın ortaya çıxması nəticəsində fərdlərin siyasi xəbərləri istehlakı və qiymətləndirməsi də dəyişib.Sosial media platformalarının fərdlər üçün əsas məlumat mərkəzinə çevrilməsi nəticəsində onların siyasi fikir və inanclarına təsir edir.Mümkün olan real müzakirələr,debatlar,öz fikirlərini paylaşmaq perspektivləri siyasi ideyaların dəyişdirilməsində mühim rol oynayır.İstifadəçilər siyasi məzmunu dərhal paylaşır və daha çox iştirakçı mühiti və diskussiyası təşkil edirlər.
Lakin sosial medianın siyasi diskursa təsiri birmənalı olaraq qarşılanmır. Demokratiyaya zərər verə biləcək dezinformasiyaların yayılması, təbliğatlar bu prosesin mənfi nəticələrindəndir.Söz və fikir azadlığı nəticəsində,insanların öz fikirlərini yazması və açıq şəkildə paylaşmasına şərait yaratmışdır.Və sosial media alqoritminə görə,hər kəsə öz fikirlərinə uyğun olan paylaşımların görünməsi onlarda əminlik hissinin yaranmasına,əsk arqumentin olmaması nəticəsində alternativ məlumat mənbələri görməmələrinə səbəb olur. İstifadəçilər özlərinin haqlı olduğunu düşünərək öz fikirlərini daha da gücləndirirlər və hər hansı saxta xəbərlə qarşılaşdıqda onu birbaşa həqiqət kimi qəbul edirlər.Yaranan məlumat çoxluğu onun düzgünlüyünü yoxlamaqda xeyli çətinlik yaradır. Bu insanlarda müxtəlif baxış nöqtələrini formalaşdırmaqla qütbləşməyə səbəb olur və demokratik institutların dağılmasına gətirib çıxara bilir.
Xüsusilə,bu hallar gənc nəsildə daha çox baş verir.Buna isə əsas səbələrdən biri media savadlılığının yüksək dərəcədə inkişaf etməməsidir.Əsas vəzifələrdən biri erkən yaşlardan media savadlılığının artırılması və gənclərdə tənqidi təfəkkürün formalaşdırılmasıdır.Gənclər hər bir şeyə şübhə ilə yanaşmalı və məlumatın doğruluğunu və alternativ mənbələri sorğulamalıdırlar.
Sosial medianın siyasi diskursa təsiri kompleks və müxtəlifdir. Bu platformaya daha yaxından yanaşmağın və onun təsirini qiymətləndirməyin əsas yolu, məlumatın doğruluğunu yoxlamaq, fərqli fikirlərlə tanış olmaq və müstəqil təhlil etməkdir.
Sosial medianın siyasi diskursa təsiri zamanla dəyişir və inkişaf edir. Bu platformaların dinamik tərzi, siyasi təsirləri və ictimai rəy formalaşmasına təsirini dəyişdirə bilər. Sosial media manipulyasiya və dezinformasiyanın yayılmasına da imkan verir. Fake news və manipulyativ məlumatların hərəkət etməsi istifadəçiləri siyasi məlumatlarda manipulyasiyaya və siyasi fikirlərin formalaşmasında sınağa çəkir.
Göründüyü kimi,sosial media siyasi diskussiyaya təkcə müsbət töhfələr vermir,həmçinin demokratiyanın aşınmasına səbəb ola bilir.Yaranan problemlərin həlli üçün həm vətəndaşlar,həm də hökumət bu sahədə məlumatlı olmalıdırlar.
Süni intellektin siyasi qərar qəbuletmədə rolu
Süni intellekt (AI) cəmiyyətimizin biznes və əyləncədən tutmuş təhsil və səhiyyəyə qədər müxtəlif aspektlərini dəyişdirir. Bəs siyasət? Süni intellekt hökumətin qərarlarının qəbulunda rol oynaya bilər.
Süni intellektin siyasət sahəsində və hökumət funksiyalarında həm faydaları,həm də çatışmazlıqları mövcuddur. Əgər faydalarından bəhs etsək,aşağıdakı xüsusiyyətlərini göstərə bilərik:
Siyasətdə süni intellekt kampaniyaya, siyasətin qurulmasına, ictimai əhval-ruhiyyənin təhlilinə təsir göstərə bilər və hətta dezinformasiya ilə mübarizə aparmağa kömək edə bilər.
Süni intellekt seçici seçimlərini müəyyən etmək, seçki nəticələrini proqnozlaşdırmaq və kampaniya strategiyalarını optimallaşdırmaq üçün çoxlu məlumatların təhlili üçün istifadə olunur. Kampaniyalar fərdiləşdirilmiş mesajlar, reklamlar və təbliğat səyləri ilə xüsusi demoqrafik məlumatları hədəfləmək üçün AI alqoritmlərindən istifadə edə bilər.
Hökumətlər ictimaiyyəti başa düşmək üçün sosial media, sorğular və digər məlumat mənbələrini təhlil etmək üçün süni intellektdən istifadə edə bilər
Hökumətlər və siyasətçilər süni intellektlə işləyən chatbotlardan seçicilərlə əlaqə saxlamaq, sorğulara cavab vermək və məlumat vermək üçün istifadə edirlər.
Süni intellekt kibertəhlükəsizlik tədbirlərini gücləndirmək və kibertəhlükələrdən qorunmaq, seçkilərin və seçkilərin bütövlüyünü təmin etmək üçün istifadə olunur. Süni intellekt alqoritmləri kiberhücumları, dezinformasiya kampaniyalarını və ictimai rəyi manipulyasiya etmək cəhdlərini aşkar edə və qarşısını ala bilər.
Süni intellekt siyasətdə dezinformasiya ilə mübarizə üçün də istifadə olunur. Süni intellekt alətləri saxta xəbərləri və yanlış məlumatları aşkarlaya, siyasi müzakirələrin bütövlüyünü qorumağa kömək edə bilər.
Hökumət siyasətinin səmərəliliyini,effektliyi artıra bilər. Məsələn, süni intellekt ərizələrin işlənməsi, icazələrin verilməsi və ya büdcələrin idarə edilməsi kimi inzibati vəzifələrin avtomatlaşdırılmasına kömək edə bilər. Bu, vaxta və resurslara qənaət etməklə yanaşı, insan səhvlərini və qərəzliliyi azalda bilər.
Hökumət həllərində yaradıcılığı və innovasiyanı inkişaf etdirə bilər.Müxtəlif qlobal problemlərlə əlaqəli yeni alternativlər və ssenarilər yaratmağa kömək edə bilər.
Onun əsas çatışmazlıqlarına gəldikdə isə,onun nəticələrinin etik olub-olmamasıdır.Onun nəticələrin insanların mənəviyyatına uyğunluğundan kim məsuliyyət daşıyır?Və biz əmin ola bilmirik ki,süni intellekt zərərli məqsədlər üçün insanları manipulyasiya edəcək ya yox?
Digər bir çatışmazlıq isə onun nəticələrinin hər bölgə üçün eyni olmamasıdır.Əsas problem Aİ-nin gətirdiyi dəyişikliklərə uyğunlaşmaqdır.
Süni intellektin siyasətə əsas təsiri birbaşa propaqanda ilə bağlıdır.Süni intellektə əsaslanan saxta xəbərlərin yeni erasında Donald Tramp-ın həbsinə aid olduğu iddia edilən şəkillər,həmçinin Papanın dəbli paltarlarda olan şəkilləri böyük çaşqınlığa səbəb olmuşdu.Süni intellekt real fotolara bənzəyən şəkillər ortaya çıxarır və sürətlə yayılmasına səbəb olur.Günümüzdən bir neçə nümunə göstərsək,Trampın həbsinin gündəmdə olduğu müddətdə onun həbsindən saxta şəkillər paylaşılması ən böyük nümunələrdəndir.Başqa bir misal isə,2023-cü ilin may ayında Pentaqon yaxınlığında olduğu iddia edilən binanın yanması görüntüləridir.Twitterdə bunun mavi işarəli hesablarda paylaşılması insanları sürətli şəkildə manipulyasiya edərək Pentaqona qarşı edilən hücum böyük səs-küyə səbəb olmuşdu.
Süni intellekt qərar qəbuletmədə 3 vəzifədə ola bilər:vasitəçi,nümayəndə və əməkdaş.
Vasitəçi kimi onun içtirakını nəzərə alsaq,o məlumat, təhlil və ya təkliflər təqdim edir, lakin qərarlar üzərində son söz və nəzarət insanlardadır. Bu ssenari insan səlahiyyətlərini və hesabatlılığı qoruyub saxlayaraq, hökumət qərarlarının potensialını və keyfiyyətini artıra bilər.
Nümayəndə olaraq,Bu ssenaridə süni intellekt insanlar adından qərarlar qəbul edən bir səlahiyyətli və ya lider kimi çıxış edir. Süni intellekt insan müdaxiləsi və ya nəzarəti olmadan müəyyən məsələlər və ya sahələr üzrə qərar vermək səlahiyyətinə və muxtariyyətinə malikdir. Bu ssenari hökumət qərarlarının sürətini və ardıcıllığını artıra, eyni zamanda insan səhvlərini və qərəzli yanaşmaları azalda bilər.
Əməkdaş kimi, AI insanlarla birgə qərarlar yaradan həmyaşıd və ya həmkar kimi çıxış edir. Süni intellekt ümumi məqsədlər və ya dəyərlər üzərində konsensus əldə etmək və ya güzəştə getmək üçün insan maraqlı tərəfləri ilə dialoq, danışıqlar və ya müzakirələr aparır. Bu ssenari ictimai iştirak və əks əlaqəni təmin etməklə yanaşı, hökumət qərarlarında innovasiya və müxtəlifliyi gücləndirə bilər.( https://www.linkedin.com/pulse/ai-decision-making-politics-pros-cons-potential-outcomes-coby-mendoza/)
Və nəticədə,biz süni intellektin tətbiqi üçün xüsusi şərait yaratmalı və imkanlarından bəhrələnməliyik.Lakin bu o demək deyil ki,onun mənfi aspektlərini də gözardı etməliyik.O bizim dəyərlərimizə,prinsiplərimizə uyğun fəaliyyət göstərməlidir.Əsas olan isə bizim onu necə idarə etməyimizdir.
Nəticə
Texnologiya təkamül etməyə davam etdikcə, o, şübhəsiz ki, siyasi proseslərin dinamikasını formalaşdıracaq, həm imkanlar, həm də ehtiyatlılıq tələb edən çağırışlar təqdim edəcəkdir.Sonda bu məqalə texnologiya və siyasət arasındakı mürəkkəb əlaqəni vurğulayaraq, bu vasitələrdən məsuliyyətli və etik istifadənin zəruriliyini vurğulayır.Sosial medianın demokratikləşdirici təsiri, süni intellektin proqnozlaşdırıcı gücü və elektron idarəetmənin təqdim etdiyi şəffaflıq siyasi mənzərələri yenidən formalaşdırır. Texnologiya və siyasət arasındakı bu münasibətdə texnoloji irəliləyişlərin faydalarının böyük məqsədlər üçün istifadə olunmasını təmin etmək bizim kollektiv məsuliyyətimizdir.
Ləman BƏKİROVA,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi
Ədəbiyyat siyahısı:
- https://insidetelecom.com/how-does-technology-impact-politics/
- https://www.sciencedirect.com/science/article/abs/pii/S0378437119315857
- https://the-decoder.com/ai-propaganda-and-manipulation-in-politics/
- https://www.cambridge.org/core/journals/data-and-policy/article/artificial-intelligence-for-political-decisionmaking-in-the-european-union-effects-on-citizens-perceptions-of-input-throughput-and-output-legitimacy/E9796EC30B786810ABA8CCD7316DECB6
- https://link.springer.com/chapter/10.1007/978-3-030-88972-2_3