Saat:04:51
Haqqımızda

“Siyahıda 6 milyon 478 mindən çox seçici var” - Məzahir Pənahov

2024-02-06 16:15:33

“Siyahıda 6 milyon 478 mindən çox seçici var” - Məzahir Pənahov

Hazırda siyahıda olan 6 milyon 478 min 623 seçici 6 mindən çox seçki məntəqəsində səs verəcək.

Hurriyyet.az xəbər verir ki, "report"un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, seçkilərin keçirilməsi üçün ən vacib məsələlərdən biri seçici siyahılarının tərtibi idi:

“Seçicilər üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Seçki prosesinin əsas məqamı şəffaflıqdır. Ona görə 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib”.

MSK sədri qeyd edib ki, ümumilikdə 90 min 372 müşahidəçi qeydiyyatdan keçib və onların 790 nəfəri beynəlxalq müşahidəçidir:

"109 beynəlxalq media qurumu iştirak edir. Onların 216 nümayəndəsi var".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.158890