Saat:20:14
Haqqımızda

SİVİLİZASİYALARIN QARŞIDURMASI DAVAM EDİR - Qəvami Sadıqbəyli yazır

2025-05-26 00:28:51

SİVİLİZASİYALARIN QARŞIDURMASI DAVAM EDİR - Qəvami Sadıqbəyli yazır

Min il bundan əvvəl, 1095-ci ildə  Poma Papası - fransız əsilli  l Uraban tərəfindən başladılan  katolik-xristian yürüşləri davam edir.  I Urbanın başlatdığı Vatikanın bu ideologiyası  XVIl əsrdən sonra həm İslam həm də pravoslav məkanlarına qarşı yönəldi.
Qərb-Katolik Avropasının bu ideologiyası SSRİ-nin süqutundan sonra   türkofobiya və rusofobiya ilə əvəz edilmişdir.
40 ilə yaxındır Türkiyə kimi böyük bir dünyəvi dövlətin  Avropa İttifaqına qəbul olunmasına imkan vermirlər.
Katolik ölkələri və onlara xidmət etməyə hazır olan bəzi pravoslav ölkələri isə ani bir qərarla Aİ-yə üzv qəbul edilir.
XVll əsrdən başlayaraq, Vatikan tərəfindən  klassik xaç yürüşü ideologiyası  yenidən dizayn edildi.
Bu yeni ideologiyanın məqsədi Osmanlı və Rusiya imperiyalarını bir-birinə qarşı qoyaraq, onları qarşıdurmaya sürükləmək və  bu dövlətləri qızışdıraraq bir-birinə qarşı qoymaq idi.
Tarixi araşdırmalardan məlum olur ki,  bu xətt rus siyasətinə erməni emissarları vasitəsilə gətirildi .
Katolik Vatikanın göstərişi ilə erməni emisarlar  I Pyotru  işğal etdikləri Türkiyə ərazilərində  xristian  dövlətinin qurulmasının  vacibliyinə inandırdılar.
Bu planın həyata keçirilməsi dərhal mümkün olmasa da ;  fasilələrlə XVII əsrdən XX əsrin əvvəlinə qədər davam etdi .
Nəticə etibarı ilə l Dünya müharibəsindən  sonra hər iki həm Türk Osmanlı həm də Çar Rusiyası 
imperiyaları  süquta uğradı.
XX əsrin əvvəllərində işğal olunmuş Azərbaycan türk müsəlman  torpaqlarında  xristian Erməni dövləti yaradıldı.
Paralel olaraq Vatikan  Qaliçiya kilsəsinin gücləndirilməsi planını da  irəli sürdü. [ Qaliçiya katalikliyə meyilli kilsə ].
Bi  kilsə də Vatikanın göstərişi ilə hərəkət edir. Vatikanın əsas məqsədi – əsrlərdir xəyal etdiyi bir ideyanı - proslavların yaşadığı Kiyevi  öz nəzarətinə keçirməkdir. 
Müasir dövrdə  neoxaç yürüş ideologiyasının hədəfi : İslam dövlətlərini  radikal islamçı hərəkatlar vasitəsilə dağıtmaq; pravoslavlığın daşıyıcıları olan dövlətləri ( başda Rusiya olmaqla ) Katolikliyə meyilli Avropa pravoslav kilsələri vasitəsilə zəiflətməkdir.
Müşahidələr göstərir ki , bu gün Avropa pravoslavlığı, rus pravoslavlığının ən qatı düşməni kimi çıxış edir.
Yeni seçilmiş Roma Papası XIV Lev – Amerika katolik cəmiyyətini təmsil edir.
Yeni Papa fəaliyətə başladığı ilk gündən  Ukrayna ilə Rusiya arasındakı münaqişədə vasitəçi olmaq istədiyini bəyan etdi. 
Lakin tarixdən məlumdur ki , Vatikanın provoslav-Polşa ilə dərin əlaqələri var.
Polşanın Rusiya ilə düşmənçiliyi nəzərə alındıqda  məlum olur ki, yeni seçilmiş Roma Papası XlV Lev vasitəçidən daha çox tərəf rolunda çıxış edəcək.
Bu reallıqdan başqa Macarıstanın Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe, bu ölkənin Türk Dövlətləri Təşkilatında (TDT) iştirakı, Budapeştdə keçirilən qeyri-rəsmi TDT sammiti fakti da  Avropa türkofoblarını hərəkətə gətirdi.  Budapeştdə keçirilən TDT-nın qeyri-rəsmi Zirvə görüşündən sonra avropa dövlətləri  Macarıstanın Aİ-də səs hüququndan məhrum edilməsini təklif etdilər.
Bütün bunlar Qərb-Katolik dünyasının türkofobiyaya, rusofobiyaya və bütövlükdə İslamla pravoslavlığa qarşı daha geniş hücumlarının yalnız başlanğıcıdır.
Baş verən hadisələr göstərir ki, SİVİLİZASİYALARIN QARŞIDURMASI davam edir...

Qəvami  SADIQBƏYLİ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.153120