Saat:17:03
Haqqımızda

Şirvan Milli Parkında ceyranların müşahidə məntəqəsi istifadəyə verilib

2024-10-02 19:56:59

Şirvan Milli Parkında ceyranların müşahidə məntəqəsi istifadəyə verilib

Almaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Şirvan Milli Parkında ceyranların müşahidə məntəqəsi istifadəyə verilib.

Tədbirdə Almaniya səfirinin müavini Heiko Şvarz, layihə rəhbəri Harmut Müller, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev və başqaları iştirak ediblər.

Əvvəlcə qonaqlara park və parkda yaradılan ekoturizm mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, 65 min hektara yaxın ərazisi olan milli parkda hazırda ceyranların sayı 7 min başa yaxındır. 1961-ci ildə isə onların baş sayı cəmi 77 olub. Bu artım nəzərə alınaraq 2010-cu ildən etibarən müxtəlif vaxtlarda 384 baş ceyran tarixi ariallara köçürülüb. Qonaqlar, həmçinin quşların daha çox miqrasiya etdiyi “Qızılqaz” gölü barədə məlumatlandırılıb. Qeyd olunub ki, parkda 30 növə yaxın məməlilər, 22 növ sürünənlər, 4 növ suda-quruda yaşayanlar, 35 növ balıq var.

“Qızılqaz gölü” miqrasiya yolu üzərində yerləşdiyi üçün bu ərazilərdə 230 quş növünə rast gəlinir. Bu ərazidə onların qışlaması üçün çox münbit şərait var. 230 quş növundən 60-70 növü parkın ərazisində hətta yaz və yay aylarında daimi sakinləridir. Parkda 82 növ çiçəkli bitki növlərinın, palçıq vulkanlarının, dəniz kənarındakı Bəndövan tarixi yaşayış yerlərinin olması barədə də ətraflı məlumat verilib. Turistlər parkın əsrarəngiz gözəlliyini seyr etmək üçün 11 turist marşrutunun yaradıldığı diqqətə çatdırılb.

O da vurğulanıb ki, Almaniya-Azərbaycan arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf etdiyi üçün səfirlik tərəfindən çoxsaylı layihələr həyata keçirilib. Yenicə tikilərək istifadəyə verilən ceyranların müşahidə məntəqəsi də bu layihənin tərkib hissəsidir. İndi həmin müşahidə məntəqəsindən ceyranları daha yaxından izləmək mümkün olacaq.

Layihə çərçivəsində Şirvan Milli Parkında şahin kimilərdən muymula quşları üçün 50-yə yaxın quş yuvası düzəldilib. İqlimə uyğun Yevrat qovaq ağacı əkilib. Noyabr ayında parkın ərazisində daha 300 ədəd Yevrat qovaq ağacının əkilməsi nəzərdə tutulib. Sonda qonaqlar yenicə istifadəyə verilmiş ceyranların müşahidə məntəqəsinə baş çəkiblər.\\Report.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.192664