"Sirli ünvandakı" şirkətlər bu dəfə hərbi hissəyə dərman satacaq - BU DA FAKT!!!

2022-08-26 10:39:00

230 saylı hərbi hissə tərəfindən keçirilən tender müsabiqələrinin qalibləri məlum olub.

Hurriyyet.az-ın xəbərinə görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibləri “Verno Plus” MMC (VÖEN – 1805702131) və “Montela ABC” MMC (VÖEN – 1805706801) olub.

230 saylı hərbi hissə ofis ləvazimatlarının satın alınması üçün “Verno Plus” MMC–yə 5 min 396 manat 10 qəpik, dərman və sarğı ləvazimatlarının satın alınması üçün “Montela ABC” MMC-yə 29 min 982 manat 50 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 230 saylı hərbi hissə müsabiqə elanını avqust ayının 7-si və 9-u tarixlərində elan edib.

Qalib şirkətlər isə bu ilin yanvar ayının 24-ü və 26-da dövlət qeydiyyatına alınıblar.

Maraqlı məqamlardan biri də odur ki, “Verno Plus” MMC və “Montela ABC” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda - “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” yüzlərlə şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçiləri də eyni şəxslər olub.

Cəmi 6-7 ay əvvəl yaranan, barələrində açıq internet resuslarda heç bir məlumat olmayan, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Bundan başqa həmin ünvanda qeydə alınan bütün şirkətlərin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-lərin adlarındakı “az Ltd”, “az Constraksen”, “az Grup” və s. kimi uzantılardan da açıq şəkildə görünür bu şirkətləri bir-birinə bağlayan hansısa “sirli güc” var.
“Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub:


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.108686