“Sirli bir şəkildə ölsəm...” Maskın həyatı təhlükədədir?

2022-05-09 16:42:00

“Sirli bir şəkildə ölsəm...” Maskın həyatı təhlükədədir?

"Klinton ailəsi ilə bağlı nə bilirsən?"

Hurriyyet.az xəbər verir ki, “SpaceX” “Tesla” şirkətlərinin qurucusu, dünyanın ən varlı adamı hesab edilən İlon Mask “Tvitter” şəbəkəsində “sirli bir şəkildə” ölə biləcəyi barəsində mesaj paylaşıb:  “Sirli bir şəkildə ölsəm, bilin ki, sizi tanımaq çox gözəl idi”. Qısa müddət ərzində onminlərlə insan bu paylaşmaya reaksiya verib, yüzminlərlə adam onu paylaşıb.

Paylaşmaya edilən şərhlər arasında milyarder biznesmenin keçmiş ABŞ Prezidenti Bill Klinton və onun yoldaşı Hillari Klinton ilə yaxın əlaqələri olduğu üçün öldürülə biləcəyi iddiaları var. Maskın təqibçiləri bundan əvvəl həbsxanada ölmüş vəziyyətdə tapılan milyarder Ceffri Epşteynin aqibətini xatırladaraq, “Klinton ailəsi ilə bağlı nə bilirsən?” sualını veriblər.

Maskın anası Maye Mask oğlunun paylaşmasının altında “Heç gülməli deyil” sözlərini yazıb. Mask anasına belə cavab verib: “Kədətrliyəm. Həyatda qalmaq üçün əlimdən gələni edəcəyəm”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya