SIPRI: “İsrailin əsas silah alıcılarından biri Azərbaycandır”

Hurriyyet.az xəbər verir ki, Azərbaycan 2018-2022-ci illərdə dünyada silah idxalçıları siyahısında 53-cü yeri tutub.
Stokholm Beynəlxalq Sülh Problemləri Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute — SIPRI) dünya silah ticarəti ilə bağlı son məlumatına görə, əvvəlki beşilliyin (2013-2018) nəticələri üzrə Azərbaycan bu siyahıda 22-ci yerdədir.
İstitutun məlumatına görə, 2018-2022-ci illərdə Azərbaycan İsrailin əsas silah idxalçılarından biri olub. İsrailin silah ixracında Azərbaycanın payı 9,1% təşkil edir. Azərbaycan Tel-Əvivdən silah alanlar siyahısında dünyanın ən çoxsaylı əhalisi olan Hindistandan (37%) sonra ikinci yeri tutur.
“İnterfaks Azərbaycan” agentliyinin yazdığına görə, analitik mərkəzin Azərbaycanla bağlı materiallarında 2018-2020-ci illər üzrə məlumatlar verilib, 2021-2022-ci illər üçün informasiya mövcud deyil.
Stokholm Beynəlxalq Sülh Problemləri Araşdırmaları İnstitutunun qiymətlrəndirməsinə görə, Azərbaycan 2018-2022-ci illərdə aviasiya texikası, artilleriya qurğuları, zirehli texnika, müşahidə sistemləri alıb, donanmanı gücləndirib.
İsraildən silah alan ölkələr siyahısında üçüncü yerdə 8,5% payla Filippun gəlir.
2018-2022-ci illərdə İsrailin dünya silah satışında payı 2,3% olub.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya