Saat:16:07
Haqqımızda

"SİNİF RƏHBƏRİ ŞAGİRDLƏRİN YANINDA SÖYÜŞ SÖYÜR, LAZIMSIZ SÖZLƏR İŞLƏDİR" - Övladları 1-ci sinifdə oxuyan valideynlər şikayətçidir / VİDEO

2024-02-01 11:07:30

Suraxanı rayonundakı 317 nömrəli məktəbin "1 B" sinif şagirdlərinin valideynləri tərəfindən Hurriyyet.az saytına şikayət məktubu daxil olub.

Valideynlər sinif rəhbəri Nargilə Nəsirovadan şikayətçidirlər. Onlar iddia edirlər ki, Nargilə Nəsirova 1-ci sinif şagirdlərinə əzab-əziyyət verərək, onların psixologiyasını pozur.

Şikayətçilər iddia edir ki, sinif rəhbəri uşaqların yanında lazımsız sözlərdən, söyüşlərdən istifadə edir.

"Dəfələrlə məktəb rəhbərliyinə məlumat versək də, heç bir tədbir görülmür. Uşaqları qulaqlarından tutub yerə çırpır", - deyən valideynlər əllərində video-görüntü və səs yazılarının olduğunu bildirirlər.

Qeyd edək ki, şikayətçilərin redaksiyamıza göndərdiyi video-görüntünü də oxucularımıza təqdim edirik.

Hazırladı: Jalə FAMİLQIZI

P.S. Məsələ ilə bağlı məktəbin direktoru ilə əlaqə saxlaya bilmədik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR