Sinan Oğan prezidentliyə namizəd oldu – onu Azərbaycanla nələr bağlayır?

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyədə sağ partiyalardan yeni siyasi koalisiya formalaşıb və 14 may tarixində keçiriləcək Prezident seçkilərinə öz namizədini irəli sürüb. Bu, Türkiyədə formalaşdırılmış artıq dördüncü siyasi koalisiyadır.
Atatürkün ardıcı olduğunu bildirən “Ata İttifaqı”na Zəfər Partiyası (Umut Özdağ), Ədalət Partiyası, Doğru Partiya, Türkiyə İttifaqı Partiyası və Ölkəm Partiyası daxildir.
İttifaqın namizədi Azərbaycan əsilli, 1967-ci ildə Iğdırın Melekli kəndində dünyaya göz açmış siyasətçi Sinan Oğandır. Marmara Universitetində FEAS-ı bitirib və həmin universitetdə magistratura təhsilini başa vurub.
Mərmərə Universiteti Türkşünaslıq İnstitutunda elmi işçi, Azərbaycan Dövlət İqtisad Universitetində müəllim və dekan müavini (1993-2000-ci illərdə) vəzifələrində çalışıb. TİKA-nın Azərbaycan nümayəndəsi olub. Avrasiya Strateji Araşdırmalar Mərkəzinin (ASAM) Rusiya Ukrayna Araşdırmalar Masası rəhbəri olub. TÜRKSAM-ı qurub və sədri olub.
Sinan Oğan rus və ingilis dillərini mükəmməl bilir, 2009-cu ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda beynəlxalq münasibətlər və politologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
O, 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi medalı”na layiq görülüb.
Sinan Oğan 2011-ci ildə Milliyyətçi Hərəkat Partiyasından (MHP) Iğdır millət vəkili seçilib. Türkiyə-Albaniya, Türkiyə-Nigeriya parlamentlərarası dostluq qruplarının üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Baş katibi olub.
2015-ci il avqustun 26-da MHP-dən çıxarılsa da, məhkəmə yolu ilə həmin ilin noyabr ayında partiyaya bərpa edilib, ardından 2017-ci il martın 10-da Yusif Halacoğlu və bir neçə digər üzvlərlə birlikdə yenidən partiyadan xaric edilib.
S.Oğan həm də Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bağladılması istiqamətində fəaliyyəti səfərbər edən vətəndaş təşəbbüsü qurumunun qurucusu və koordinatorudur.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya