Saat:05:03
Haqqımızda

Simonyanın sözləri səfiri özündən çıxardı

2024-03-30 14:30:18

Simonyanın sözləri səfiri özündən çıxardı

İctimai yerlərdə belə bəyanatlar məndə sual yaradır: bu niyə edilir? Bu, açıq-aşkar yalandır və insanlar bunun yalan olduğunu yaxşı bilirlər.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “24 News” nəşrinə açıqlamasında Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyanın Ermənistanı qorumadığı barədə fikirlərinə cavab olaraq deyib.

Səfir deyib ki, o, belə ittihamların Ermənistanın ən yüksək vəzifəli şəxslərindən biri tərəfindən səsləndirilməsindən narahatdır:

“Çünki o (Simonyan), uzun müddətdir ki, hakimiyyət komandasındadır və Ermənistan və Rusiya arasında hansı dialoqun getdiyini yaxşı bilir”.

Kopırkin iddia edib ki, Qarabağda vəziyyətin həddən artıq çətin olmasına baxmayaraq, qətliamı dayandıran və fəlakətin baş verməsinin qarşısını alan yeganə ölkə Rusiya olub:

“Amma bu cür yalan (Simonyanın sözləri – red.) geniş ictimaiyyətə, Ermənistan vətəndaşlarına atılır və burada sual yaranır: bu, niyə edilir?”

Qeyd edək ki, Alen Simonyan Ermənistanı müdafiə etmək vaxtı gələndə Rusiyanın bunu etmədiyini bəyan edib. O qeyd edib ki, sonra biz bir daha ümid etdik ki, bizi qoruyacaqlar, sonra yenə aldatdılar və sonda gəlib Ermənistanı “xilas etmək” üçün bizi Ermənistan ərazisində yeni müharibəyə sürükləməyə çalışdılar.

axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.219189