Simonyan və Solovyov Qarabağ Dirçəliş Fondunun sədrinin hesabını BLOKLADI - FOTO
2022-05-03 10:30:00

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin "twitter" hesabı rusiyalı məşhur jurnalistlər tərəfindən bloklanıb.
Hurriyyet.az xəbət verir ki, bu barədə Rəhman Hacıyev sosial şəbəkə hesabından məlumat verib.
Fondun sədri paylaşımda, Rusiyanın iki məşhur təbliğatçısı Vladimir Solovyov və erməni əsilli Marqarita Simonyan tərəfindən bloklandığını bildirib.
Rəhman Hacıyev adıçəkilən şəxslərin onu bloklamasının uğur sayıla biləcəyi ilə bağlı da izləyicilərinə sual ünvanlayıb.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya