Saat:08:52
Haqqımızda

Simonyan "Simonyan mediası"na qarşı: "Manqurtlar daxili işlərimizə qarışırlar"

2025-07-01 18:00:50

Simonyan

Hurriyyet.az xəbər verir ki, Ermənistanda Rusiya telekanallarının yayımını dayandırmaq istəyirlər.
Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya telekanallarının ölkədə yayımının dayandırılması məsələsinin müzakirə edilməsinin zəruri olduğunu hesab edir. 
Alen Simonyan jurnalistlərə açıqlamasında deyib: "Hesab edirəm ki, baş verənlərin fonunda (Rusiya xadimlərinin Ermənistan hakimiyyətinin kilsə ilə qarşıdurması barəsində bəyanatları nəzərdə tutulur - red.) biz Rusiya telekanallarının Ermənistan ərazisində yayımının dayandırılması məsələsini çox ciddi müzakirə etməliyik".
Onun sözlərinə görə, Rusiya telekanalları Ermənistanın daxili işlərinə qarışmağı özlərinə rəva bilirlərsə, onların yayımını dayandırmaq lazımdır. 
Simonyan “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın cinayət işi və onun Ermənistan-Rusiya münasibətlərinə təsirindən danışarkən deyib: “Bu “manqurt”ların proqramları ölkəmizdə artıq çoxdn bağlanıb, onların ölkəyə girişi qadağan edilib. Lakin onların dövlət kanalları Ermənistanın daxili işlərinə qarışmağa imkan verirsə, yəqin biz bu verilişləri dayandırmalıyıq".
O, nifaq toxumu səpən rusiyalı aparıcıları “degeneratlar” adlandırıb.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.983859