Simonyan: “Qarabağda “dövlətçilik” qurulması hədəfimiz deyil”
2023-11-16 15:01:53
Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Qarabağda “dövlətçilik” yaratmaq, hansısa institutlar, bu institutlatın inkişafı və saxlanılması ilə bağlı heç bir hədəf görmədiyini bəyan edib.
Erməni mətbuatının yazdığına görə, o, bu sözü parlamentdə jurnalistlərin Qarabağ məsələsinin həll edilib-edilmədiyi barəsindəki sualına cavab verərkən deyib.
Simonyan hesab edir ki, Qarabağda “dövlət institutlarının” yaradılması səyləri Ermənistanın təhlükəsizliyinə birbaşa təhdid və zərbədir. Simonyan öz həmkarlarını da onunla eyni mövqedə durmağa çağırıb.
Hürr Tərcüman