Şimali Koreyanın atdığı raket 5700 km hündürlüyə qalxdı, 66 dəqiqə havada qaldı

2023-02-18 15:59:00

Şimali Koreyanın atdığı raket 5700 km hündürlüyə qalxdı, 66 dəqiqə havada qaldı

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Yaponiya ilə Cənubi Koreya Şimali Koreyanın Yapon dənizi istiqamətində ballistik raket sınağı keçirdiyini bildiriblər.

Yaponiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Şimali Koreya yerli vaxtla saat 17.20 radələrində Yapon dənizi istiqamətində ballistik raket atıb.

Havada 66 dəqiqə qalan ballistik raketin 900 km məsafə qət etdiyi və 5700 km hündüylüyə qalxa bildiyi qeyd edilib.

Yaponiyanın Baş naziri Kişida Fumio raketin şimaldakı Xokkaydo adasının qərbinə, Yaponiya dövlətinin sahil suları içərisinə düşdüyünün təxmin edildiyini açıqlayıb.

Nazirlər Kabineti, müvafiq nazirliklərin və təşkilatların təmsilçiləriilə fövqəladə vəziyyət komandası qurulduğu və mümkün zədələnmələrin araşdırıldığı bildirilir.

Yaponiyanın Müdafiə nazirinin müavini İno Toşiro mətbuata açıqlamasında ABŞ ilə yaxından əməkdaşlığa davam edəcəklərini söyləyib.

Cənubi Koreyanın Baş Qərargahı da Pxenyan yaxınlğındakı Sunan bölgəsindən uzunmənzilli ballistik raket atıldığını qeyd edib. Baş Qərargahın açıqlamasında deyilir: “Ordumuz ABŞ ilə yaxın əməkdaşlıq içərisində tam hazırlıq vəziyyətini qorumaqdadır”.

Qeyd edək ki, dünən Cənubi Koreya gələn həftə ABŞ ilə birgə təlimlər keçirəcəyini bəyan edib. Sınağın bu açıqlamadan sonra keçirilməsi diqqəti cəlb edib.

2022-ci ildə 37 sınaq keçirərək müxtəlif tipli və mənzilli 90-a yaxın raketi sınaqdan keçirən Şimali Koreya 2023-cü ilin əvvəkindən bəri artıq ikinci sınağı reallaşdırır.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.331384