Saat:19:19
Haqqımızda

Şimali koreyalı hərbçilərin Ukrayna müharibəsində iştirakı rəsmən təsdiqləndi

2025-12-17 16:18:12

Şimali koreyalı hərbçilərin Ukrayna müharibəsində iştirakı rəsmən təsdiqləndi

Rusiya Müdafiə Nazirliyi Kollegiyasının genişləndirilmiş iclası keçirilib.

Hurriyyet.az xəbər verir ki, müdafiə naziri Andrey Belousov hesabatında Ukrayna qoşunlarının Donbas və Zaporojyedəki mühüm müdafiə məntəqələrinin məhv edildiyini bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu 300-dən çox yaşayış məntəqəsini azad edib.

Kollegiyanın genişləndirilmiş iclasında Rusiya prezidenti Vladimir Putin Şimali Koreya hərbçilərinin Kursk vilayətinin azad edilməsinə verdiyi töhfəni qeyd edib:

"Şimali koreyalı silahdaşlarımızı da təbrik etmək istərdim. KXDR-in dövlət işləri üzrə sədri yoldaş Kim Çen Inın qərarı ilə onlar Kursk vilayətinin azad edilməsində iştirak etmək üçün göndərilib və rus əsgərləri ilə çiyin-çiyinə düşmənlə mərd və cəsarətlə vuruşublar".

Onun sözlərinə görə, Şimali Koreya hərbçiləri “azad edilmiş Kursk vilayətinin minalardan təmizlənməsi üzrə genişmiqyaslı və son dərəcə mürəkkəb işdə iştirak ediblər”.