Şimali Koreyada rus dili məcburi öyrədilir
2025-11-27 13:58:58
Hurriyyet.az xəbər verir ki, Şimali Koreyalı məktəblilərdən rus dilini öyrənmək tələb olunur.
Rusiyanın təbii sərvətlər və ekologiya naziri Aleksandr Kozlov Şimali Koreyada dördüncü sinifdən başlayaraq rus dilinin icbari şəkildə tədris edildiyini bildirib.
Kozlov cümə axşamı Moskvada keçirilən hökumətlərarası komissiyanın iclasında deyib: "Artıq Şimali Koreya məktəblərində dördüncü sinifdən başlayaraq rus dilinin tədrisi icbari olub. Rusiyada isə 3000 nəfərdən çox məktəbli hazırda Koreya dilini öyrənir. Onların əksəriyyəti Koreya dilini ikinci və ya üçüncü xarici dil kimi öyrənir".
Hürr Tərcüman
