Saat:13:29
Haqqımızda

Şimali Koreya raket atdı!

2022-01-17 16:11:00

Şimali Koreya raket atdı!

Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Yaponiya hökuməti Şimali Koreyanın bu gün səhər saatlarında iki ballistik raketi sınaqdan keçirdiyini bildirib. Yaponiyanın Müdafiə naziri Kişi Nobuo sınaqların yerli vaxtla 08.49 və 08.52-də keçirildiyini bəyan edib. Nazir raketlərin dənizə düşdüyünü söyləyib. Kişi Nobuo deyib: “Şimali Koreyanın raket texnologiyasını inkişaf etdirməyə çalışdığı aşkardır. Son dövdə bir sıra sınaqlar keçirilib. Bu, beynəlxalq ictimaiyyət üçün ciddi problemdir”.

Sınaqların hələlik dağıntıya səbəb olmadığı bildirilir. Tokio hökumətinin rəsmi etirazı Yaponiyanın Pekindəki səfirliyi vasitəsi ilə Şimali Koreyaya çatdırılıb.

Yeni il başlanandan bəri Şimali Koreya artıq 4-cü raketi sınaqdan keçirib.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR