Saat:22:19
Haqqımızda

Şimali Koreya ordusu Kurskda döyüşlərə başlayıb - ABŞ Dövlət Departamentinin sözçüsü

2024-11-13 14:22:02

Şimali Koreya ordusu Kurskda döyüşlərə başlayıb - ABŞ Dövlət Departamentinin sözçüsü

"Kursk bölgəsində Rusiya ordusuna dəstək vermək üçün Pxenyan tərəfindən göndərilən Şimali Koreya qoşunları hərbi əməliyyatlarda iştirak edir".

"AzPolitika" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib.

Onun sözlərinə görə, Rusiyaya göndərilən on mindən çox Şimali Koreya əsgərinin əksəriyyəti Kursk vilayətinin qərb hissəsində cəmləşib, onlar Rusiya qüvvələri ilə birlikdə döyüş əməliyyatlarında iştirak etməyə başlayıblar: "Şimali Koreya hərbçiləri Rusiya ərazisində artilleriya, pilotsuz uçuş aparatlarından istifadə, piyadalardan istifadə etməklə döyüş əməliyyatları və səngərlərin təmizlənməsi üzrə təlim keçib. Bütün bunlar cəbhə xəttində əməliyyatların aparılması üçün lazımdır".

Patelin fikrincə, onların uğuru Rusiya qüvvələri ilə birgə fəaliyyət göstərə bilmələrindən asılı olacaq. Maneələrə dil baryeri, döyüş əməliyyatlarına komandanlıq və nəzarətin təşkili və rabitə daxil ola bilər.

Dövlət Departamentinin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Şimali Koreyadan Ukraynadakı müharibəyə kömək etmək qərarından son dərəcə narahatdır.

Amerika mətbuatının məlumatına görə, Rusiya Kurskda hücum üçün Şimali Koreya kontingentinin də olduğu 50 min nəfərlik qrup toplayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.224271