Şimali Kipr Prezidentinə hücum cəhdi olub
2023-03-29 23:15:00
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara hücum cəhdi olub.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniyanın paytaxtı Londonda yunan tələbələr dövlət başçısının avtomobilinin qarşısını kəsməyə cəhd ediblər. Təxribatçılar “Türkiyə, Kiprdən çıx” şüarı səsləndiriblər.\\Report.Az