Saat:15:33
Haqqımızda

“Şimal axını"nda şübhəli partlayışlar: kəmərləri Rusiya vurub? - Açıqlama

2022-09-28 17:26:00

“Şimal axını

Şimal axını-1" və "Şimal axını-2" boru kəmərlərində aşkarlanan müəmmalı sızmadan sonra Baltik dənizi ölkələri təşvişə düşüb.

Danimarka və İsveçin ardıcıl xəbərdarlıqlarından sonra “Röyter” Rusiya sualtı qayığının boru kəmərlərini vurduğunu iddia edib. Kreml isə təxribat ehtimalını dilə gətirib.

Maraqlıdır, hadisənin arxasında hansı qüvvə dayanır? Bu kəmərlərin dayanması Rusiya və Avropaya nə vəd edir?

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, "Şimal axını-1" və "Şimal axını-2" boru kəmərlərində partalayış mürəkkəb bir konyukturada baş verir.

İqtisadçı ekspert bildirib ki, bu fərqli və maraqlı tərəflərin müxtəlif kombinasiyalar ortaya qoymasına gətirib çıxara bilər:

"Bununla bağlı dəqiq məlumatlar olmadığı üçün yalnız tərəflərin ittihamları üzərində qurulmuş ssenarilərdən danışılır. Fikrimcə, bu boru kəmərlərinə onsuz da işləməyən kəmərlər deyə bilərik. Çünki "Şimal axını-1" layihəsi avqust ayında təmir adı ilə bağlanıb, ondan sonra faktiki olaraq bu boru ilə Avropaya qaz göndərilməyib. "Şimal axını-2" layihəsi isə ümumiyyətlə, fəaliyyətə başlamayıb. Çünki Ukraynanın işğalı ilə əlaqədar Almaniya bu layihəni blok etdi. Bu baxımdan boru kəmərlərində qəzanın baş verməsi bu günlərdə Avropa bazarlarına çıxarılan qazın həcminin azalmasına gətirib çıxarmayacaq. Bu səbəbdən dəi, bazarlar buna çox da ciddi reaksiya vermədi və qiymətlər 10% ətrafında bahalaşdı. Sonradan yenidən geri çəkilmələr müşahidə olunur. Amma əlbəttə ki, bu ehtiyat bir xətt idi. İstənilən halda bunun psixoloji təsirləri ola bilər".

R.Həsənov hesab edir ki, xüsusilə qış aylarında Avropa bazarlarında müəyyən qədər narahatlıq arta bilər:

"İndiki şərtlər daxilində qazanan tərəf kimi ilkin olaraq, Rusiya görünə bilər. Çünki Rusiya qısamüddətli dövrdə dünya bazarında qazın bahalaşmasında müəyyən qədər gəlir əldə edə bilərdi ki, bu da böyük ehtimalla proqnozlaşdırılan səviyyədə olmadı. Çünki bazarlar ona müvafiq reaksiya vermədi. Avropanın bu prosesdə hansısa formada maraqlı olduğunu izah etmək çox çətindir. Eyni zamanda qəzanın nəticələrini aradan qaldırılması kifayət qədər mürəkkəb bir əməliyyat tələb edir və böyük xərc yükü yaradır. Bunun Avropa bazarlarında psixoloji təsir formalaşdıracağı əvvəlcədən proqnozlaşdırılan idi. Düşünürəm ki, indiki şərtlər daxilində qısamüddətli dövrdə həm qazanan, həm də maraqlı tərəf Rusiyadır. Baş verən hadisə fonunda Rusiya üstün mövqedədir. Avropa isə faktiki olaraq çətin proqnozlaşdırılan qış üçün artıq daha ağır şərtlər altında mübarizə aparmalı olacaq. Gələcəkdə bu faktorun özünün də Avropa bazarlarında qazın qiymətinə az da olsa, təsir edəcəyini ehtimal etmək olar".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR