Silvadan şok: Zelenski özü müharibə istəyirdi

2022-05-05 09:14:00

Silvadan şok: Zelenski özü müharibə istəyirdi

Ukraynanın hazırkı rəhbəri Vladimir Zelenski ölkəsində hərbi vəziyyət yaratmaqda maraqlı olub.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Braziliyanın keçmiş prezidenti Luiz İnasiu Lula da Silva deyib.

"O, müharibə istəyirdi. Müharibə istəməsəydi, danışıqlara daha çox vaxt sərf edərdi", - deyə o bildirib.

Lula da Silvanın sözlərinə görə, Qərb Zelenskinin ambisiyaları ilə oynayır, ona həddindən artıq diqqət yetirir:

“Bəli, oğlan, sən yaxşı sənətkarsan, yaxşı komiksən, amma biz müharibəyə başlamayacağıq, sadəcə olaraq, ona görə ki, sən özünü göstərə biləsən”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya