Silahlı desantçılar neft şirkətini ələ keçirdi – Rusiyada hərc-mərclik başlayır (VİDEO)
Rusiyanın İrkutsk vilayətində onlarla silahlı şəxs helikopterlərdə “Dulisima” neft şirkətini ələ keçirib.
Hurriyyet.az xəbər verir ki, sosial şəbəkələrdə hücumun görüntüləri yayılıb. Belə ki, helikopterlərdə olan 23 desant müəssisəyə soxularaq şirkətin bütün sənədlərini ələ keçirib və faktiki olaraq özlərini oranın idarəçiləri elan ediblər.
KİV-in məlumatına görə, desantçılar özlərini özəl mühafizə şirkətinin işçiləri kimi təqdim ediblər. Rusiya Daxili İşlər Nazirliyi müəssisənin ələ keçirilməsindən xəbərdardır, lakin müdaxilə etməyib.
Ekspertlərə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin nəticəsi olaraq işğalçı ölkənin özünün problemlərlə üzləşəcəyi və dağılacağı ilə bağlı təxminlər doğrula bilər. Rusiya daxilində mərkəzdənqaçma meylləri, hakimiyyət və sərvət uğrunda mübarizə hələ qabaqdadır. “Dulisima” hadisəsi onun ilk simptomlarını göstərir.
“AzPolitika.info”