Silahlanma çağırışı: Rusiya ilə böyük müharibəyə hazırlıq
2024-02-10 22:33:06

"Alyans Rusiya ilə onilliklər davam edə biləcək çoxillik qarşıdurma ehtimalına hazırlaşmalıdır".
Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
"NATO Rusiya ilə müharibəyə can atmır. Bununla belə, onilliklər davam edə biləcək mümkün qarşıdurma üçün özümüzü silahlandırmalıyıq", - o deyib.
Bu səbəbdən NATO-nun baş katibi Avropa müdafiə şirkətləri üçün sifarişlərin artırılmasına və sürətləndirilməsinə çağırıb. \\Ölkə.Az
