Silahdaşlarımızı itirdik, çox ağırdır... - Elçin Quliyev
2021-12-01 13:53:00
Silahdaşlarımızı itirdik. Bu itki çox ağırdır. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər.
Hurriyyet.az xəbər verir ki, bu sözləri DSX rəisi, general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə vida mərasimində çıxışı zamanı deyib.
“Şəhid olan hərbi qulluqçularımızın ailələrinə başsağlığı verirəm”, - o bildirib.